Yem payının tutulması Yem payı tutularkən aşağıdakılara əməl edilməlidir:
1. İnəklərə tələb edilən miqdarda yem vahidi, həzm olunan zülal, mineral
maddələr və karotin verilməlidir.
2. Yem payı elə tutulmalıdır ki, inəklərin hər 100 kq diri çəkisinə 3-4 kq quru
maddə düşsün.
3. Yem payının tərkibi müxtəlif olmalıdır, onun tərkibində 2-3 növ şirəli yemlər,
3-4 növ qüvvəli yemlər, qaba yemlər, vitaminlər və təbii mineral yemlər daxil
edilməlidir. İnəklərə şirəli yem bütün il boyu verilməlidir. Yaz dövründə silos
və yaşıl ot, qış dövründə silos və kökümeyvəlilər olmalıdır.
4. Qüvvəli yemlərin miqdarı 1 kq südün miqdarına görə hesablanmalıdır.
Gündəlik südü 10 kq olan inəklərə südün hər kiloqramına görə gün ərzində
214
200 qr-a qədər, 10-15 kq süd verən inəklərə isə 200-250 qr qüvvəli yem
yedizdirilməlidir.
5. Sağılan inəklərin yem norması hər 100 kq canlı kütləyə görə 1 yem vahidi və
1 kq südə görə 0,5 yem vahidi planlaşdırılır.