İnək və düyələrin süni mayalandırılması Ekoloji heyvandarlıqda inəklərin süni mayalandırılması işi məqbul hesab edilir.
Çünki inəyin mayalandırılması prosesi inəyin fizioloji əlverişli zamanında aparılır
və cinsiyyət hüceyrələrinin mayalanması təbii mayalanmada olduğu kimidir.
Süni mayalanmanın əhəmiyyəti:
Cinsiyyətlə bağlı infeksion xəstəliklərin yayılmasının qarşısı alınır.
Naxırın damazlıq keyfiyyəti və məhsuldarlığı artır.
Əlavə törədici buğanın saxlanma xərcləri silinir.
Mayalanmada El.Rekord törədici buğaların spermasından istifadə edildiyi
üçün doğulacaq balanın məhsuldarlığı və damazlıq keyfiyyəti haqqında
qabaqcadan məlumat əldə olunur.
Doğumdan sonra inəyin mayalanma vaxtını düşüncəli surətdə müəyyənləş-
dirmək lazımdır. Orta hesabla ilk hövrü doğumdan sonrakı V-VI həftələrdə gözlə-
mək olar. İlk hövrdən 3 həftə keçdikdən sonra müvafiq olaraq VIII-IX həftələrdə
hövrün əlamətləri yenidən büruzə verir.
İki doğum arasındakı müddəti 365 gün götürsək, inəklərin ildə bir bala verməsi
üçün onları doğduqdan sonrakı VIII-IX həftələrdə süni mayalandırmaq lazımdır.
Süni mayalandırmanın ən yaxşı vaxtı, hövrün ən qızğın dövrü, yəni onun ilk
əlamətlərinin görünməsindən 12-24 saat sonra hesab olunur.