217
çürüyür). Əgər
süd tədriclə turşuyarsa, onda digər bakteriyalar da (yağ turşusu,
sirkə
turşusu bakteriyaları və s.) çoxalır
və belə hallarda süddən, hətta qatıq şəklində
yemək üçün istifadə edilməsinə icazə verilmir.
Yaxşı yuyulmamış süd qabı, yaxud sağım aparatı,
həmçinin yerə tökülmüş süd
xəstəlik törədən mikroorqanizmlərin inkişafı üçün ən əlverişli
qida mühiti hesab
olunur. Buna görə də süd qablarının və sağım aparatlarının yalnız
soyuq su ilə,
hətta
qaynar su ilə də yumaq kifayət deyildir. Yuduqdan sonra onları dezinfeksiya edib
zərərsizləşdirmək lazımdır. Aparatlar və avadanlıqların sanitariya
və gigiyena qayda-
larına uyğun olaraq yüksək peşakarlıqla yuyulması, qurudulması,
quru yerdə saxlan-
ması onların təmizliyini təmin edir və iylənməsinin qarşısını alır.
Dostları ilə paylaş: