Амин Бабайев, Вцгар Бабайев


Südün analizi və ilkin emalı



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə252/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   248   249   250   251   252   253   254   255   ...   431
 Südün analizi və ilkin emalı. Südün analizini bir neçə nöqteyi-nəzərdən həya-
ta keçirmək olar. Lakin bu analizlərdən ən mühümləri südün tərkibində yağın miqda-
rının, südün təmizliyinin, turşuluq dərəcəsinin və içindəki bakteriyaların miqdarının 
(bakteriyalarla çirklənmə  dərəcəsini) müəyyənləşdirilməsidir. Ona görə  də sağım 
zamanı təmizliyə riayət edilməsinə xüsusi diqqət göstərmək lazımdır. Südün təmiz-
liyini süzgəc kağızının çirklənməsi ilə (onda toplanan çirkin miqdarı ilə), turşuluq 
dərəcəsini isə onun tərkibindəki süd turşunun miqdarı ilə, bakteriyalarla çirklənmə 
dərəcəsini isə 1 q süddə olan mikrobların miqdarı ilə müəyyənləşdirilir.  
Hər bir analizdən qabaq süd nümunəsi götürülməlidir. Nümunə götürülərkən 
fikir vermək lazımdır ki, təxminən orta süd nümunəsi olsun. Ona görə  də nümunə 
götürməzdən əvvəl südü səliqə ilə yaxşı-yaxşı qarışdırmaq lazımdır.  
Süd müxtəlif mikroorqanizmlərin inkişafı üçün əla qida mühiti hesab olunur. 
Bununla yanaşı, süd toz ilə çirklənə bilər, havadakı müxtəlif çirklər ona daxil ola 
bilər, ona görə  də biz o zaman təmiz süd sağa bilərik ki, sağılan inəyin özü təmiz 
olsun,  sağım təmiz şəraitdə aparılsın.  
Süd sağımından sonra mümkün qədər tezliklə 12-14C
0
 temperatura qədər 
soyudulmalıdır. Həmin temperaturda mikroorqanizmlərin çoxalması prosesi aşağı 
düşür və südü uzaq məsafələrə daşımaq mümkün olur.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin