209
zolaq, ağzının ətrafında ağ haşiyə və s.) Qafqaz malında da müşahidə olunur.
Bu cins
südlük-ətlik tipli maldır. Lakin tərkibində südlüyə meyl göstərənləri də vardır.
Şəkil 84 . Təsərrüfat üçün cinslərin seçilməsi
Azərbaycanda Qafqaz qonur malın orta süd məhsuldarlığı 2100 – 2600 kq-dır.
Südün orta yağlılığı 3,93%-dir.Yaşlı inəklərin orta canlı kütləsi 480 kq,
buğalar isə
700-800 kq-dır. Ətlik keyfiyyəti yüksək olub, 18-20 aylıq
mal otlaq şəraitində
kökəldikdə 794 q sutkalıq artım verir və 1 kq çəki artımına 7,66 yem vahidi sərf edir.
Ekoloji təsərrüfat üçün tam yararlı olub, həyatilik qabiliyyəti yüksəkdir.
Şvis cinsi – vətəni İsveçrə olub, Avstraliya müstəsna olmaqla,
bütün qitələrdə
geniş yayılmış südlük-ətlik cinsdir. Bu cinsdən istifadə edilərək Kostroma, Lebedin,
Ala-tau,
Karpat qonuru, Qafqaz qonuru cinsləri yaradılmışdır. Bu cins respublikamız
üçün xüsusi əhəmiyyət kəsb edir.
Möhkəm konstitusiyalı olub, orta çəkilidir. Rəngi qonurdur,
kül və bozumtul
rənglərə də təsadüf edilir. Burun aynası qurğuşun rənglidir. Rəngindəki digər xüsu-
siyyət cidovdan quyruğun kökünədək uzanan açıq rəngli zolaqdır.
Bu zolaq enli,
ensiz, bütöv və kəsik halda təsadüf olunur.
Yaxşı yemləmə şəraitində laktasiya dövründə (4% yağlılıqda) 4000-4500 kq süd
verir. Orta dərəcədə tezyetişkəndir. İnəklərin canlı kütləsi 580 kq, buğaların isə 800
–1200 kq-dır, ətlik keyfiyyəti yüksəkdir.
Yerli şəraitdə dözümlü olub, yaxşı adaptasiya olunub. Ekoloji məhsul istehsalı
üçün əlverişli cinsdir.
Dostları ilə paylaş: