Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə232/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   228   229   230   231   232   233   234   235   ...   431
 
2.  Qaba yemlər 
Yığılması və saxlanması: quru ot istehsal etmək üçün yaşıl otu qabalaşmamış-
dan əvvəl biçmək lazımdır. Taxıl və paxla fəsiləsi otlarını  çiçəkləməyə başlayanda 
və ya bir az əvvəl biçilməsi məsləhətdir. Mərcimə  və noxud 2-3 noxud əmələ 
gəldikdə biçilməsi, otun keyfiyyətini yüksəldir. 
Otu qısa müddətdə qurutmaq lazımdır. Belə halda çiçək və yarpaqların itkisi 
azalır. Uzunmüddətli qurutmada qida maddələri itirilir, vitaminlərdə parçalama 
prosesi gedir. Otu qurudarkən onun rənginin itməsi xlorofilin və karotinin parça-


 
206
lanması  əlamətlərini göstərir. Yaxşı keyfiyətli vitaminli ot almaq üçün yaşıl otu 
günəş şüaları altında 2-4 saatdan artıq soluxdurmaq olmaz. 
 Otun yığılması qısa müddətdə təşkil edilməlidir. Otun yığılmasının mexanik-
ləşdirilməsinin böyük əhəmiyyəti vardır. Çünki bu, otun keyfiyyətinin yüksəlmə-
sinə  şərait yaradır. Vaxtında biçilib düzgün qurudulmuş otun rəngi açıq-yaşıl, 
özünəməxsus xoşagələn iyli olmalı, yarpaq və çiçəkləri tökülməməli, tərkibində 
14-17%-ə qədər nəmlik olmalıdır. 
Ot biçilərək tirələrdə 6-12 saat qaldıqdan sonra xırda qotmanlara yığılıb 
qurudulur, sonra 2-3 xırda qotmanı bir yerə  yığıb iri qotmanlar düzəldirlər. 1-2 
gündən sonra qurumuş otu tayalara vurmaq olar. Tayaya verilən otu uzun müddət 
və itkisiz saxlamaq üçün onun altına 40-50 sm qalınlığında küləş tökülməlidir. 
Tayaların 4 tərəfində, eni 1 metr və dərinliyi 1,5 metr olan xəndəklər qazılmalıdır. 
Tayadan axan sular bu xəndəyə yığılır. 
En aşırımı və uzunluğu ölçülməklə xüsusi düstur vasitəsi ilə tayaların həcmi 
tapılır: 
Uzunsov tayalar üçün: 
H= (0,56А – 0.55Е) х ЕхU 
 
Burada: H – tayanın həcmi; А – tayanın aşırımı; Е – tayanın eni; U – tayanın 
uzunluğu 
Dəyirmi tayaların həcmini təyin etmək üçün onun oturacağın çevrəsi və aşırımı 
ölçülülür. 
Hündür tayaların həcmi bu düsturla hesablanır:  
 
H = (0,04А – 0,012 Ç
uz
) х Ç
2
uz
 
 
Alçaq tayaların həcmi bu düsturla hesablanır: 
 
         Ç
uz
 х А
2
 
H= -------------- 
      33 
Burada: H – tayanın həcmi; А – tayanın aşırımı; Ç
uz
 – tayanın oturacağı çevrəsinin 
uzunluğu 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin