8.2.1. Yemlərin təsnifatı Yemlər istehsal mənbəyinə görə iki qrupa bölünür:
a) Bitki mənşəli yemlər.
b) Heyvan mənşəli yemlər.
Bitki mənşəli yemlər olduqca çoxdur. Bu qrupa aiddir:
• Şirəli yemlər (senaj, silos, yaşıl yemlər, kökümeyvəlilər və s.) fizioloji
xassəsinə və tərkibində suyun çox olmasına görə fərqlənir.
• Qüvvəli yemlər – dən yemləri olub, qidalılığı və enerji qabilliyyəti daha
yüksəkdir.
• Qaba yemlər (ot, kuləş, saman və s.) tərkibində selülozanın miqdarının
çoxluğu, onların nisbətən çətin həzmə getməsi, qidalılığın digər yemlərə
nisbətən aşağı olması ilə səciyyələnir.
• Texniki istehsalat qalıqları - dəyirman qalıqları (kəpək, un tozu), yağ-piy
istehsalı qalıqları, nişasta, şəkər istehsalı tullantıları aiddir.
• Heyvan mənşəli yemlərə – süd yemləri, ət kombinatlarının istehalat tullantı-
ları, balıq və süd sənayesi tullantıları aiddir.
• Mineral və vitaminli yemlər heyvanların əsas yem payına əlavə olunur.
Vitamin sənayesi heyvandarlıq üçün lazım olan vitamin preparatları və vitamin
qarışıqları (A, D, C, PP, B, B
1
, B
2
,) buraxır.