197
Ət, gön-dəri istehsalı
Peyin
Bala heyvan
Qoşqu- işlətmək
üçün heyvan
Məhsullar üzrə
dövriyyə
İnvestisiya, pul
Alaqları
təmizləmək
Mədəni və dini
məqsədlər üçün
Şəkil 77. Məqsədin müəyyən edilməsi
Qeyri-təbii və ya sadəcə pis şərait heyvanlarda stress hallarını doğurur ki, bu
da öz növbəsində onların immun sisteminə mənfi təsir göstərməklə heyvanların
tez-tez müxtəlif xəstəliklərə (yuxarı tənəffüs yollarının iltihabı, mədə xorası,
yelinin gəlməsi və s.) məruz qalmasına zəmin yaradır.
Şəkil 78. Heyvanların saxlanma şəraitinin planlaşdırılması
8.1.3. Yemləmə
Ekoloji heyvandarlıqda yemləmə – orqanizmin qida maddələrinə olan ehtiyac-
larını ödəməklə, bir tərəfdən heyvanların sağlamlığı və gümrahlığını artırır,
digər
tərəfdən isə məhsulun yüksək keyfiyyətinə zəmanət verir.
Düzgün yemləmə növ məxsusluğunu nəzərə alır və heyvanların sağlamlığının
mühafizəsi nöqteyi-nəzərindən mühüm profilaktik tədbir kimi qəbul edilir.
198
İdeal çıxış yolu kimi
otarma və tövlədə
yemləmə
Otarma:
• Az əmək sərfi
•Geniş ərazi tələb olunur
• Az məhsuldarlıq
•
Daha çox hərəkət
• Peyin otlaq boyu yayılır
Tövlədə yemləmə :
• Daha çox əmək
• Az ərazi tələb olunur
• Yüksək məhsuldarlıq
• Daha az hərəkət
• Peyin asanlıqla yığıla
bilər
Yemlərin, yem rasionu və yem normasının düzgün seçilməsi, ehtiyat enerji mənbə-
lərinin formalaşması, heyvanların xəstəliklərə qarşı dözümünün
və profilaktik
tədbirlərin səmərəsinin artırılmasına zəmin yaradır.
Düzgün yemləmə həm qidanın keyfiyyətini, həm də onun tərkibində olan
komponentlərin balanslaşdırılmasını nəzərdə tutur. Ekoloji heyvandarlıqda yem
rasionunun böyük hissəsini təsərrüfatın daxili istehsal yemləri təşkil edir.
Bununla
yanaşı yemlərin digər ekotəsərrüfatlardan tədarük edilməsinə yol verilir. İstisna
hallarda adi təsərrüfatlardan da yemin qismən alınmasına icazə verilir.
Dostları ilə paylaş: