Şəkil 86 . Arı xəstəlikləri Amerika və Avropa çürümə xəstəliyi. Bu xəstəliklər, demək olar ki, eyni
xarakterli xəstəlik olub, sürfələri pup dövründə çürütməklə arı ailəsini zəiflədir və
onun kütləvi tələfatına səbəb olur.
Xəstəliyin əlamətləri – süfrənin parlaqlığı itir, süfrənin dəriciyi nazilir, daha
sonra sürfə tutqun qəhvəyi rəng alır, toxumalar parçalanır, yapışqanvarı uzanan
tutqun rəngli kütləyə çevrilir.
Kisəli qurd xəstəliyi. Bu xəstəlik ailədə yem çatışmadıqda və pətək soyuq
olduqda baş verir.
Xəstəliyin əlamətləri – tələf olmuş sürfənin rəngi tutqunlaşır, maye ilə dolu
kisəni xatırladır və iysiz olur. Qurumuş sürfələr əyilmiş qərtmək şəkli alır və
qovuqcuqdan asanlıqla qopur.
Septisemiya xəstəliyi. Yaz dövründə təbiətdə nəmlik çox olduqda, pətəklərin
alçaq, nəmli yerdə olması və pətəkdə həddindən artıq çox yemin olması xəstəliyin
inkişafını daha da sürətləndirir.
Xəstəliyin əlamətləri – əsasən ailədə yaşlı arıların tələfatı ilə özünü göstərir.
Xəstə arıların hemolinfası ağ süd rəngində olur. Bir neçə saatdan sonra arılarda ölüm
baş verir. Tələf olmuş arıların toxumaları tezliklə parçalanır və dağılır.