367
Zəfəranı, sarıçiçəyi, məxmərgülünü və gülümbaharı ağzı möhkəm bağlanan şüşə
qabda qaranlıq yerdə saxlamaq lazımdır. Belə şəraitdə zəfəran 18, sarıçiçək 20, 24 və
gülümbahar isə 10 ay öz keyfiyyətini itirmədən qala bilir.
Dəfnə yarpağının kağız paketlərdə 6 ay, sellofan və polietilen paketlərdə 9 ay,
hermetik qablarda isə 12 aya qədər saxlamaq olar.
Qurudulmuş nanəni və sumağı şüşə qablarda qaranlıq yerdə 12
aya qədər saxlamaq
mümkündür.
Ümumiyyətlə, bir çox ədviyyatı - zirə, razyana, qara istiot, zəncəfil və sarıkökü
döyülmüş halda çox saxlamaq məsləhət görülmür, çünki onlar müəyyən vaxtdan sonra
ətrini, dadını itirir. Bunlar işlədilməzdən əvvəl həvəngdəstədə döyülməlidir.
Şüyüddən, cəfəridən, keşnişdən, kərəvüzdən, reyhandan, tərxundan, vəzəridən və s.
göyərtilərdən təzə halda istifadə edilməsi məsləhətdir.
Lakin buna imkan yoxdursa,
onları 3-4 gün soyuducuda saxlamaq olar.
Ədviyyat xörəyin üstünə bilavasitə saxlandığı bankadan səpilməməlidir, çünki
xörəkdən çıxan buxar qabdakı ədviyyəyə çökür və onun əvvəlki keyfiyyətini itirir.
Xörəyə bir neçə ədviyyə səpilərsə, onlar elə döyülməlidir ki,
dənəvərləri eyni
olsun.
Bəzən ədviyyənin çoxluğu xörəyin dadını itirir. Məsələn, sarımsaqdan istifadə
edərkən hər kəsin fərdi xüsusiyyəti nəzərə alınmalıdır. Sarımsaq əzilmiş halda süfrəyə
qoyulmalıdır.
Bütün ədviyyatlar üçün ölçü vahidi «bir çimdik»dir. Xörəklərə ədviyyatların əlavə
olunması qəlyanaltıdan başlayaraq əsas yeməyə qədər tədricən artırılıb tündləşdirilmə-
lidir. Qəlyanaltını çox da tünd və ətirli etmək məsləhət görülmür. Çünki o, başqa
xörəklərin dad və ətrini zəiflədir.
Ədviyyat işlədərkən bəzi ölçüləri də bilmək faydalıdır:
Bir xörək qaşığının tutumu 3 çay qaşığının tutumuna bərabərdir. Bir çay qaşığının
tutumu 3-5 qram, bir xörək qaşığının kakao, yaxud un 10 qram, bir xörək qaşığı şəkər
tozu, duz, manna yarması 1,5 qrama bərabərdir və s.
Ədviyyat iybilmə və dad reseptorlarını qıcıqlandırır, həzm şirəsi sekresiyasını
oyadır və bununla da iştahanı artırır, qidanın mənimsənilməsini sürətləndirir. Ədviyyat
həzm traktının selikli qişasına təsir etdiyinə görə ondan az istifadə edilir.
Ədviyyat bakterisid xüsusiyyətli olub dezinfeksiyaedici təsirə malikdir. Çürüntü
bakteriyalarını məhv edir.
Ədviyyat əhvali-ruhiyyəyə təsir
göstərir, qidanın tam mənimsənilməsinə şərait
yaradır, orqanizmin mübadilə və mühafizə funksiyasını sürətləndirir.
Ədviyyat ətri və dadı verən hazır yeməyin xarici görünüşü iştaha gətirir.