Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə157/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   153   154   155   156   157   158   159   160   ...   431
 
 
Şəkil 40.  Torpağın laydırsız üsulla işlənilməsi zamanı 
dənli və paxlalı bitkilərin becərilməsi sxemi 
 
Biçin 


 
142
  Payız.  İlkin örtük biçilir (A), laydırsız üsulla şumlanır (B) və mulçalanır (C). 
Tələb olunan üzvi gübrələr  əlavə edildikdən sonra çəltik, çovdar və sürünən 
üçyarpaq səpilir. 
  Qış. Sürünən üçyarpaq və çovdar cücərərək inkişaf edir, çəltik isə  hələlik dinc 
vəziyyətdə qalır. 
  Yaz/yay. Çovdar yetişdikdən sonra yığılır, küləşi tarlada saxlanılır. Çəltik cücərir, 
inkişaf edir və yetişdikdən sonra yığılır, küləşi tarlada saxlanılır. 
  Payız. Darı, buğda, paxla, mərcimək və s. bitkiləri növbələndirməklə silsilə 
yenidən təkrar olunur. 
Çəltik torpaqda yaza qədər qalır, digər bitkilər isə səpindən bir az sonra cücərir. 
Erkən payızda sahənin üzərinə nazik layla quş  zılı  səpilir. Sürünən  üçyarpaq    
1 hektara 1 kq, çovdar və digər dənli bitkilər 7-16 kq, çəltik  isə hektara 6 - 10 kq 
normada səpilir.  Əgər sahədə  səpin təsvir olunan üsulla aparılıbsa, yaxşı olar ki, 
birinci dəfə sürünən üçyarpağın  inokulyasiya  (latınca  inoculatio - peyvənd, azotu 
təsbit edən fır bakteriayaları ilə paxlalı bitkilərin süni yoluxdurulması) edilmiş 
toxumları istifadə olunsun. Səpindən sonra torpağın üzəri samanla örtülür ki, 
toxumlar quşlardan mühafizə edilsin. Digər üsul ondan ibarətdir ki, xəmir halında 
olan gil ilə qarışdırılır və  məftil  şadaradan keçirilərək xırda kürəcik  şəklinə salınır. 
Bu üsulun digər növü toxumları isladıb nəm halda quru gil tozu ilə qarışdıraraq 
kürəcik formasına salınmasından ibarətdir.  İkinci ildə yetişmiş  çəltik  əkinlərinə 
çovdar və sürünən üçyarpaq səpilir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin