142
Payız. İlkin örtük biçilir (A), laydırsız üsulla şumlanır (B) və mulçalanır (C).
Tələb olunan üzvi gübrələr əlavə edildikdən sonra çəltik, çovdar və sürünən
üçyarpaq səpilir.
Qış. Sürünən üçyarpaq və çovdar cücərərək inkişaf edir, çəltik isə hələlik dinc
vəziyyətdə qalır.
Yaz/yay. Çovdar yetişdikdən sonra yığılır, küləşi tarlada saxlanılır. Çəltik cücərir,
inkişaf edir və yetişdikdən sonra yığılır, küləşi tarlada saxlanılır.
Payız. Darı, buğda, paxla, mərcimək və s. bitkiləri növbələndirməklə silsilə
yenidən təkrar olunur.
Çəltik torpaqda yaza qədər qalır, digər bitkilər isə səpindən bir az sonra cücərir.
Erkən payızda sahənin üzərinə nazik layla quş zılı səpilir. Sürünən üçyarpaq
1 hektara 1 kq, çovdar və digər dənli bitkilər 7-16 kq, çəltik isə hektara 6 - 10 kq
normada səpilir. Əgər sahədə səpin təsvir olunan üsulla aparılıbsa, yaxşı olar ki,
birinci dəfə sürünən üçyarpağın
inokulyasiya (latınca
inoculatio - peyvənd, azotu
təsbit edən fır bakteriayaları ilə paxlalı bitkilərin süni yoluxdurulması) edilmiş
toxumları istifadə olunsun. Səpindən sonra torpağın üzəri samanla örtülür ki,
toxumlar quşlardan mühafizə edilsin. Digər üsul ondan ibarətdir ki, xəmir halında
olan gil ilə qarışdırılır və məftil şadaradan keçirilərək xırda kürəcik şəklinə salınır.
Bu üsulun digər növü toxumları isladıb nəm halda quru gil tozu ilə qarışdıraraq
kürəcik formasına salınmasından ibarətdir. İkinci ildə yetişmiş çəltik əkinlərinə
çovdar və sürünən üçyarpaq səpilir.
Dostları ilə paylaş: