FƏSİL VI. EKOLOJİ ƏKİNÇİLİYİN ELMİ ƏSASLARI 6.1. Növbəli əkin
Növbəli əkin bitkilərin mükəmməl növbələşdirilməsini nəzərdə tutur. Müxtəlif növ bitkilər torpaqdan müxtəlif maddələri mənimsəyir. Bitkilərin
növbələşdirilməsi baş vermədikdə torpaq gücdən düşür. Torpağın səthində və eləcə
də özündə becərilən bitkilərdə xəstəlik törədən patogen mikroorqanizmlər toplanır.
Bu mikroorqanizmlər, eləcə də zərərvericilərin qışlayan formaları növbəti il böyük
güclə bitkiyə təcavüz edir.
Düzgün planlaşdırılmış və ardıcıl həyata keçirilən növbəli əkin səmərəli hesab
olunur. O, konkret şəraiti nəzərə almaqla planlaşdırılmalıdır.
Növbəli əkin təsərrüfatın perspektiv inkişaf planına əsasən bitkilərin zaman və
məkanda növbələşdirilməsinin təyin olunması üçün torpağın becərilməsi və münbitli-
yinin artırılması üzrə müvafiq sistemlərin tətbiqini tələb edir.