Şəkil 41. Paxlalıların növbəti bitkilərə müsbət təsiri Növbəli əkinin strukturunun formalaşmasının əsas qaydaları: • Növbəli əkində paxlalı bitkilərin payı 25% təşkil etməli, 33% olsa, daha yaxşı olar; • Tarlalar ən azı bir il müddətində birillik yem bitkiləri, yaxud otları altında olmalıdır (alaq otlarının inkişafının sıxışdırılması); • Aralıq və örtükaltı bitkilər mümkün qədər tez-tez istifadə edilir (paxlalılar);). • Növbəli əkinə kökümeyvəlilərin daxil edilməsi müsbət təsir göstərir (alaq otlarının inkişafının sıxışdırılması); • Uzunmüddətli ilkin inkişaf mərhələli bitkilər alaq otlarını dəf edən otlardan sonra növbəli əkinə daxil edilir. • Növbəli əkində payızlıq və yazlıq dənli taxıl bitkilər növbələşdirilir.