Növbəli əkində paxlalı bitkilərin payı yüksək olmalıdır, ona görə ki, paxlalı bitkilər: o
Torpaqda tələb olunan miqdarda azot və humus toplayır;
o
Torpağın fiziki xassələrinin (strukturunun) yaxşılaşmasına yardım edir;
o
Torpaq orqanizmlərinin həyat fəaliyyətini stimullaşdırır.
Növbəli əkində kökümeyvəlilərin payı nisbətən azdır, ona görə ki,: 1. Humusu intensiv surətdə azaldır;
2. Xəstəliklərin inkişafına yardım edir (məsələn, kartof nematodası);
3. Böyük əmək sərfi tələb edir.
Növbəli əkinə aralıq bitkilər daxil edilməlidir, onlar: • Əlavə qida bazası hesab olunur;
• Torpağı azotla zənginləşdirir;
• Əlavə kök kütləsi yaradır;
• Canlı mulça rolunu oynayır;
• Torpaqdan qida maddələrinin yuyulmasına mane olur.
Həm payızlıq və yazlıq, həm də örtük bitkilərini aralıq bitkisi kimi istifadə
etmək olar. Bitki seçimi, əsasən, iqlim şəraitindən asılıdır. Quraq rayonlarda üstün-
lük örtük bitkilərinə, rütubətli iqlimə malik rayonlarda isə payızlıq və yazlıq bitkilərə
verilir.
Hər bir bitki növü fərdi anatomik və fizioloji xüsusiyyətlərə malikdir və hər
bitki torpağa müxtəlif dərəcədə təsir göstərir. Bəziləri uzun kök sisteminə malik
olub, qida maddələrini torpağın dərin qatlarından mənimsəyir. Digər bitkilərin
Qarğıdalı
kökləri