Növbəli əkinin planlaşdırılması zamanı nəzərə almaq lazımdır: Ərazinin torpaq-aqroiqlim şəraitini,
Becərilən bitkilərin bioloji xüsusiyyətlərini,
Becərilən bitkilər altında olan sahələrin əkin torpaqlarında nisbətini,
Yemlərə olan tələbatı,
İstehsal gücünü,
Bazar aspektlərini.
Növbəli əkin əsaslı surətdə planlaşdırılmalı, hər bir tədbir ölçülüb- biçilməlidir. Planlaşdırılmış və ciddi riayət olunan növbəli əkin əldə olunacaq yemlərin
dəyərinin hesablanmasına, toxumların vaxtında hazırlanmasına, paxlalı bitkilərin
becərilməsi nəticəsində torpağın azotla təmin olunmasına, sələf və növbəti bitkilərin
düzgün seçilməsinə imkan yaradır.
Ciddi planlaşdırılmış növbəli əkinin daxilində dəyişmələr etmək üçün kifayət
qədər imkanlar olur. Məsələn, payızlıq taxıl bitkilərini yazlıq taxıl bitkiləri ilə, bir
neçə növ taxıl bitkilərini digərləri ilə əvəzlənməsini, yığım zolağı çərçivəsində
bitkilərin əkin sahəsinin payının dəyişdirilməsini həyata keçirmək olar.
İlk addım – zolaqlar elə tərtib olunmalıdır ki, növbəli əkin zəncirinin hər bir
tarlası üçün təxminən eyni sahə təyin olunsun. Əgər təsərrüfatda müxtəlif bonitetli
torpaqlar mövcuddursa, bu, növbəli əkinin iki və ya daha çox rotasiyalara ayrılmasını
nəzərdə tutur.