Payızın ortalarında keçən il səpilmiş çəltik yetişir. Məhsul stellaclarda 2-3
həftə ərzində qurudularaq döyülür. Bütün çəltik küləşi və qabığı geriyə, tarlaya
qaytarılır. Döyülməmiş çəltik məhsul yığımından sonra bir ay ərzində tarlaya küləş
qaytarılmamış təkrarən səpilir.
Qışda payızlıq bitkilər səpilmiş sahələrdə ev quşlarının az-az gəzintiyə çıxarıl-
ması bitkilərin kollanmasına, torpağın üzvi gübrələrlə (zıl) təmin olunmasına və
zərərvericilərin miqdarının azalmasına yardım edir. Bu zaman seyrək sahələrdə qısa
müddətdə səpin aparılmalıdır. Ev quşları sahəyə bitkilərin boyu 15 sm və ya buna
yaxın çatdıqda buraxıla bilər. Bu zaman tarlalar (o cümlədən çəltik altında olan
sahələr) təpimiş (nəmlik azalmalıdır) halda olmalıdır.