Şəkil 39. Yastıkəsən Şəkil 38. Torpağı çevirmədən tətbiq olunan kotan Ох
Çərçivə
Dayaq
qədər səmərəlidir. Laydırsız şumlama zamanı əlavə səpin və mulçalama (alaq
otlarını məhv etmək üçün) zəruridir.
Əvvəlcə orta nəmliyə malik (hədsiz nəm və çox quru olmayan) torpaqda üzləmə
(yumru bıçaqların vasitəsilə sahənin uzunu istiqamətində yarıqlar əmələ gətirilir)
aparılır. Bundan sonra işə şaquli mil və torpaq səthindən aşağı hərəkət edən yeraltı
bıçaqdan ibarət laydırsız kotan cəlb olunur.
Nəticədə sahədə torpağı çevirmədən hava kameraları əmələ gəlir ki, bu da torpağı
bir qədər qaldırır. Sonra yağışlar yağır, su torpağın dərinliyinə düşür, torpağın hərarə-
ti yüksəlir. Bu zaman torpaqda olan bitki və heyvan mənşəli qalıqların parçalanması
nəticəsində humus əmələ gəlir. Torpaq həyata qayıdır və münbitliyini yenidən əldə
etmiş olur (Şəkil 38).
Laydırsız kotanla ilkin şum apararkən 10 sm-
dən artıq dərinləşməyə ehtiyac duyulmur. Lakin
növbəti becərmədə dərinləşmə 15-20 sm təşkil
etməlidir. Laydırsız şum zamanı bir qaydaya riayət
etmək çox vacibdir. Sahənin mailliyi istiqamətində
şum köndələninə və ya əksinə aparılmalıdır.
Nəticədə bu üsulla torpaqda əmələ gətirilmiş
yüzlərlə yarıq-kanallar yağış sularına maillik istiqa-
mətində azad hərəkət etmək imkanı yaratmır.
Praktiki olaraq torpaq həyəcan keçirmir, buna görə də bitki kökləri hətta yeni şumdan
sonra da eroziyaya qarşı sipər olur. Su dərinə gedir və həyati proseslər əhəmiyyətli
dərəcədə sürətlənir.