Şəkil 36. Soxulcanlar fermerə böyük köməklik göstərir. Onlar üzvi maddələrin parçalanmasında iştirak etməklə, torpaq münbitliyinin artmasına yardım edir
Yağış soxulcanları torpaqda öz hərəkət keçidlərini ifrazatları ilə kip bağlayırlar.
Burada çox böyük müxtəliflikdə bakteriyalar da müşahidə olunur.
Bitki qalıqları ilə zəngin olan torpağı orqanizmindən keçirən soxulcanlar onu
humus hissəciklərinə çevirirlər. Hava və nəmliklə doymuş keçidlər boyu qida maddə-
lərini udaraq bitki kökləri öz inkişafını təmin edir. Çəmən torpaqlarında soxulcanlar
tərəfindən yaradılmış keçidlərin profili və bitki kökləri şəkildə göstərilmişdir.
Torpaq həşəratları, əsasən, üzvi maddələrin minerallaşması baş verən qatda
yaşayır və ilin isti dövrlərində burada sürətlə çoxalır. Həşəratların çoxsaylı
müxtəlifliyi onların arasında heç bir növün üstünlük təşkil etməsinə, yəni zərərli
olmasına yol vermir. Kənd təsərrüfatı üçün xüsusilə faydalı olan yırtıcı böcəklər,
həmçinin gənələr və bitlər kimi həşəratları da qeyd etmək olar.