137
Şəkil 34. Torpaq canlıları
Bakteriyalar və göbələklər bitkilərin qidalanması üçün
torpaqda birləşmiş qida
maddələrinin mənimsənilən formaya keçməsinə yardım edir.
Bəzi bakteriyalar
müəyyən bitki növləri ilə (məsələn: paxlalılar) müştərək (simbioz)
həyat tərzi
keçirərək havanın molekulyar azotunun (N
2
) birbaşa mənimsənilməsini
və sonra da
onun bitki orqanizminin tərkibinə daxil olmasını mümkün edir.
Digər bakteriyalar da
(torpaqda sərbəst yaşayan aerob və anaerob bakteriyalar) bu qabiliyyətə malikdirlər.
Bundan başqa, bakteriyalar üzvi maddələri parçalayaraq minerallaşdırır.
Dostları ilə paylaş: