Torpağın yüksək bioloji fəallığı bitkilərin davamlı inkişaf etməsi üçün ən yaxşı
zəmindir. Belə şəraitdə bitki tələb olunan nisbətdə qida maddələri ilə tam təmin
olunur. Bu zaman üzvi maddələrin çürüməsində və torpaqda humusun əmələ
gəlməsində iştirak edən, bitkilərin istifadəsi üçün qida maddələrini sərbəst formaya
salan torpaq orqanizmlərinin fəaliyyəti mühüm rol oynayır. Eyni zamanda torpaq
orqanizmləri tərəfindən yaradılan məsaməliyin hesabına torpağın havalanması və su
təminatı dəstəklənir və beləliklə, onun strukturu yaxşılaşır.
Bir hektar sahəsi olan çəmənlikdə 20 sm-lik torpaq qatında 650 kq-a qədər canlı
orqanizmlər mövcuddur. Torpağın yaxşı strukturunu, eləcə də onun münbitliyini
torpaq orqanizmləri və onların müxtəlifliyi yaradır.
Ekofermer torpağın münbitliyini təyin edən heyvan və bitki növlərinin, eləcə də
torpaq orqanizmlərinin müxtəlifliyinə qayğı ilə yanaşmalıdır.
Torpaq orqanizmləri biomüxtəlifliyin dəstəklənməsinə böyük töhfə verir. Lakin
onlar onun tərkib hissələrindən yalnız biridir. Ona görə də onlara digər orqanizmlər-
dən ayrı, təcrid olunmuş surətdə baxmaq yolverilməzdir.