135
s. kimi makro və mikroelementlərin mənbəyidir. Minerallarda yalnız azot yoxdur,
lakin onun ehtiyatı strukturlu torpaqlarda çox böyükdür.
İ.Y.Ovsinskiyə görə məhsul üçün bir sot torpaqda 1,5 kq-a qədər azot tələb
olunur. Şeh və çöküntülər 0,2 kq-a qədər azot verir. Çürümüş mulça ilə (peyin, küləş,
saman və s. üzvi çürüntülər) örtülmüş strukturlu torpaq digər dəyərlərə malikdir:
1) Çürümüş qat tez soyuyur - şeh burada iki dəfə artıqdır. 2) Çürüntü altında
torpaq
daima nəm olur, nəm çürüntü azotu iki, nəm gillicə isə qurulara nisbətən 20 dəfə artıq
təsbit (fiksasiya) edir. 3) Strukturlu torpaqların kanal və boşluqlarında
gündüzlər
atmosfer çöküntülərinə nisbətən su halında yeraltı şeh iki dəfə artıq toplanır. Onunla
birlikdə 0,6 kq-a qədər azot da toplanır. 4) Mikroorqanizmlərin torpaqda çoxluğu,
mulça altında nəmliyin kifayət qədər olduğu halda azotun
mikroblar vasitəsilə fəal
toplanması və fəal nitrifikasiya prosesi gedir ki, bu da bir sota 15 kq azotun
toplanmasını təmin edir. Tələb olunan norma isə 10 dəfə azdır!
Kənd təsərrüfatı bitkilərinin məhsulla torpaqdan apardığı qida maddələrinin miqdarı
Cədvəl 39
Dostları ilə paylaş: