Torpağı təşkil edən üzvi və mineral maddələrin sıxlığı, q/ sm 3 (V.F.Valkov, 1986) Cədvəl 37
Torpağın orta sıxlığı 1,2 - 1,4 q/ sm
3
təşkil edir. Lakin ayrı - ayrı torpaqlarda bu
göstəricidən tərəddüdlər böyük ola bilər (cədvəl 40). Bu tərəddüdlər, adətən, torpaq-
dakı canlı varlıqlar, o cümlədən kənd təsərrüfatı bitkiləri üçün ekstremal şərait
yaradır.
Ayrı-ayrı torpaq qatlarının və qruntun sıxlığı (V.F.Valkov, 1986) Cədvəl 38 Torpaqlar və qrunt Sıxlıq Torpaqlar və qrunt sıxlıq 1 2 3 4 torflu qat
0,2 - 0,5
şorakətli qat
1,5-1,7
qabarıq şoran 0,8-1,0
takırlı qat
1,7-1,9
bataqlı torpaqlar
1,1 - 1,3
löss
1,35-1,50
37-ci cədvəldə torpağı təşkil edən üzvi və mineral maddələrin sıxlığı, 38-ci
cədvəldə isə torpağın müxtəlif qatlarının sıxlığı verilmişdir.
Torpağın sıxlığı mikroorqanizmlərin miqdarına və torpağın bioloji aktivliyinə də
mənfi təsir göstərir. Normal qaz mübadiləsi torpaqda sıxlıq 1,45 q/sm
3
-dan yüksək
olduqda pozulur. Bu zaman anaerobiozis prosesi özünü büruzə verir. Bu, əsasən,
mikrosporların və iri kapilyarların miqdarının azalması səbəbindən baş verir ki, bu
zaman havanın diffuziyası və torpaqla atmosfer arasında qazların mübadiləsi azalır.
Torpaqda kəskin surətdə oksigenin miqdarı azalır. Maddələrin bioloji çevrilmə
prosesinin istiqaməti dəyişir, üzvi maddələrin parçalanması sıxışdırılır. Bitkilər
yüksək sıxlıqdan əziyyət çəkir. Torpağın sıxlığına onların reaksiyası cücərmə faizinin
azalmasında və onun gecikməsində, hündürlüyünün kəskin surətdə fərqlənməsində,
yarpaqların zəif boyanmasında, kök sisteminin formasının pozulmasında, kök yumru-
larının deformasiyasında və s. özünü büruzə verir. Bütün bunlar məhsulun və ümumi
bioloji məhsuldarlığın azalmasına gətirib çıxarır. Torpağın olduqca yumşaq quruluşu
da həmçinin əlverişsizdir. Əksər bitkilər üçün şum qatında ən əlverişli şərait sıxlıq
1,0-1,2 (1,3) sm
3
olduqda yaranır. Bu sıxlığa 55-60%-li dənəvərlik müvafiqdir.
Sıxlığının bu torpaq daha yaxşı sukeçirən və sututumludur. Bəzi bitkilər, məsələn: