Bitkilər və mikroorqanizmlər üçün torpağın optimal pH kəmiyyətləri
Cədvəl 35
Bitkilər pH
Bitkilər pH
Buğda
6,6-7,5-8,5
Kartof
5,3-8,0
Arpa 6,1-7,2
Kətan 5,0-6,0
Çovdar
5,5-7,2
Tütün
4,5-8,0
Yulaf 5,0-7,2
Pambıq 7,0-8,5
Darı 7,0-8,5
Soya
5,5-6,5
Qarğıdalı 6,0-8,5
Batat 5,5-7,0
Çəltik 6,0-8,7
Lobya
7,0-8,0
Sudan otu
7,5-8,7
Noxud
6,0-7,5
Yonca 7,0-8,3
Çətənə 6,0-8,0
Üçyarpaq
6,0-6,5
Tütün
6,5-8,0
Cır yulaf
7,5-8,5
Yerkökü
6,5-8,0
Xəşəmbül 7,0-8,7
Mərsin 6,0-6,0
Daraqotu 7,0-8,5
Quşüzümü 4,5-5,5
Üzüm tənəyi 7,0-8.7
Çaykolu 4,8-6,3
Alma
6,5-7,5
Tunq
4,5-6,5
Ərik 7,0-8,5
Göbələklər 3,5-6,0
Gavalı 6,5-8,0
Azotobakter
6,8
Albalı 6,5-8,5
Nitrifikatorlar
6,0-8,0
Şəkər çuğunduru
6,5-7,5
Denitrifikatorlar
7,0-8,0
Torpaq mühiti reaksiyasının tədqiqi, xüsusilə də meyvə əkmələri üçün, əhəmiy-
yətlidir. Normal reaksiya kimi pH 6,0-8,0 hesab olunur, bir qədər pis - 8,3-8,5.
Qələvi torpaqlarda tumlu növlər üçün pH 5-dən aşağı, çəyirdəkli növlər üçün isə pH
6-dan aşağı olduqda gipsləmənin aparılması zəruridir.
Ərik turş reaksiyaya davamsızdır, lakin o, dərin qatların qələvi reaksiyasına az
həssasdır. Zəif turş torpaqlarda yaxşı inikşaf etmələrinə baxmayaraq, armud və alma
hətta dərin laylarda yüksək qələviliyə tamamilə dözümsüzdür.
Meyvə əkmələri üçün torpaq mühiti reaksiyasının qiyməti 34 saylı cədvəldə
verilmişdir.
130
Meyvə əkmələri üçün torpaq mühiti reaksiyasının yararlığı
Cədvəl 36
pH Torpağın yararlılıq dərəcəsi
4,5-6,0 Yalnız gipsləmədən sonra meyvə əkmələri üçün yararlıdır.
4,5-6,0
Meyvə əkmələri üçün yararlıdır, çəyirdəkli növlər üçün əhəngləmə
tövsiyə olunur.
6,0-8,0 Meliorasiyasız bağ üçün yararlıdır.
8,0-8,5 (8,7)
Çəyirdəklilər üçün yaxşı, tumlular üçün isə kafi torpaqlardır.
8,5 (8,7) daha çox
Bağ altı üçün yararsızdır. Gipsləmədən sonra ərik və albalının əkilməsi
mümkündür.
pH kəmiyyətlərinin ekoloji əhəmiyyətinin qiymətləndirilməsi zamanı metodoloji
yanaşmalar müəyyən rola malikdir. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:
• Su çəkintisi məhlulunda pH-ın təyin edilməsi torpaqların turşuluğu və ya
qələviliyi barədə təxmini təsvir verir ona görə ki, mühit reaksiyasına torpağın
potensial turşuluğu və ya qələviliyi təsir göstərir;
• KCl duz çəkintisində pH-ın təyin edilməsi yalnız turş torpaqlarda mühit
reaksiyasının həqiqi təsvirini verir. Neytral və qələvi torpaqlarda bir qayda
olaraq H
+
ionunun daha yüksək konsentrasiyası göstərilir ki, bu göstərici
bitkilərin ekoloji vəziyyətinin təhlili zamanı nisbətən aşağı olur;
• Torpağın daha dəqiq faktiki vəziyyəti torpaqdan çəkinti ilə deyil, onun torpaq :
su nisbətinin 1 : 5 suspenziyasında təyini ilə müşahidə olunur. Bu, pH 7,5-dən
artıq olan torpaqlar üçün xüsusilə mühümdür. Təbiəti bu günədək tam aydın
olmayan suspenziya effekti təyin olunan kəmiyyətləri bu və ya digər bitkilərin
vəziyyəti ilə yaxşı korelyasiya edən həqiqi pH kəmiyyətlərinə yaxınlaşdırır.
Dostları ilə paylaş: |