pH 6,5-7,5. Neytral mühit reaksiyası. Qaratorpaqlar üçün tipikdir. Əlverişli
fiziki şərait, əla strukturlaşma, intensiv mikrobioloji fəaliyyət, fosfor, azot və mineral
qidalanmanın optimal şəraiti, yüksək münbitlik səviyyəsi səciyyəvidir. Yazda
torpağın yetişkənliyi zəif turş torpaqlara nisbətən daha tez başa çatır ki, bu da onun
becərilməsi zərurətini meydana çıxarır.
pH 7,5-8,5 (8,7). Zəif qələvi mühit şəraiti. Cənub qaratorpaqlarda, karbonatlı
torpaqlarda, quru və yarımsəhra çöllərin avtomorf torpaqlarında müşahidə olunur.
Fosfat, dəmir, sink və manqan çatışmazlığı qeyd oluna bilər. Fosfor, sink və mis
təminatları arasında antaqonizm asan yaranır. Fosforun sistematik tətbiqi nəticəsində
sink və mis çatışmazlığı yaranır. Bitkilərin xlorozu mümkündür, xüsusilə rütubətli
şəraitdə daha tez-tez. Fiziki xassələr - əladan başlayaraq (karbonatlı qaratorpaqlar),
qeyri-kafiyə qədər (şorakətli torpaqlar) dəyişir. Torpağın yaz yetişməsi sürətlə baş
verir. Mikrobioloji fəaliyyət, nitrifikasiya qabiliyyəti, azotla qidalanma şəraiti və bir
çox kül elementlərinin mənimsənilmə səviyyəsi yaxşıdır.