125
maqneziumun miqdarı artdıqda qələvi torpaqlarda yarana bilər. Bu halda Mg
2+
torpaq mühitində maqnezium karbonatları və bikarbonatlarının mövcudluğu ilə
əlaqədar olaraq qələviliyin yüksəlməsini doğurur.
Belə hal, misal üçün, Şimali
Qafqazın lössvarı gillərində və gillicələrində müşahidə olunur ki, burada qələvilik
pH 8,6-9,2-ə çata bilir. TUK-da maqneziumun mövcudluğu torpaqlarda şorakətlik
xassələrini dəstəkləyir və hətta ayrı-ayrı hallarda xüsusi torpaqların - maqneziumlu
şorakətlərin əmələ gəlməsinə gətirib çıxarır.
К
+
K
+
bitkilərin qidasında mənimsənilə bilən kaliumun əsas mənbəyidir. Kaliumun
müvazinətli əks ionlar layından mineralların kristallik qəfəsinə mübadiləsiz udulması
tendensiyası qeydə alınmışdır.
Na
+
Torpağın Uduculuq Qabiliyyətindən (TUQ) 3%-dən az miqdarlarda natrium
biosenozların torpaq sisteminin optimal fəaliyyəti üçün zəruri komponentdir. Bu
halda element 0,1%-ə qədər səviyyədə kolloidlərin
dispersliyini təmin edir ki, bu da
humus maddələrinin minerallaşmasında çeviklik, dinamiklik və torpaq məhlullarının
bioloji nöqteyi-nəzərdən zəruri olan komponentlərlə təmin olunması üçün
mühümdür. Lakin etiraf etmək lazımdır ki, Na
+
-un bu rolu torpaqşünaslıqda və
aqrokimyada kifayət qədər öyrənilməmişdir.
Mübadilə kationu kimi Na
+
torpaq məhlulunda onun koaqulyasiya həddindən aşağı
konsentrasiyasında kolloidlərin aktiv peptizatorudur. Bu zaman bütün kolloid sistem-
ləri kül halına keçir, axar və struktursuz olaraq şorakətlik xassələrini əldə edir,
məhlullarda qələvi duzlar əmələ gəlir, pH 9,5 - 10,0 həddinə çata bilir.
Xüsusi
torpaqlar - şorakətlər əmələ gəlir. Torpaqların şorakətliyi və şorakətlərin öyrənilməsi
torpaqşünaslığın xüsusi bölməsidir.
H
+
Mübadilə hidrogeni - torpaq turşuluğunun mənbəyidir. Onun mövcudluğu hər zaman
karbonatsız torpaqlarda, yəni tərkibində CaCo
3
- olan torpaqlarda təsbit olunur.
Neytral pH 6,5-7,2 həddində olan torpaqlarda Torpaq Uducu Kompleksdə H
+
-un
miqdarı torpağın uduculuq qabiliyyətinin 5%-dən az təşkil edir. Bu şəraitdə
mübadilə hidrogeni ekoloji neytraldır. Mübadilə həcminin 5%-dən artıq miqdarında
olan halda torpağın turşuluq xassələri özünü büruzə verməyə başlayır və kolloidli-
udulmuş vəziyyətdə hidrogen ionunun miqdarının artmasından asılı olaraq bu
xassələr də daha yüksək dərəcədə artır. Hidrogenin mübadilə kationlarının miqdarı
40-50%-dən artıq olduqda torpaq mühitinin maksimal turşuluğu yaranır
və bu zaman
torpaqda pH turş və ya güclü-turş həddə çatır (pH 3-5). Torpaq Uducu Kompleksdə
hidrogenin maksimal miqdarı torpağın uduculuq qabiliyyətinin 80%-nə qədər çata
bilər.
Al
3+
Mübadilə vəziyyətində olan alüminium - kolloidlərin intensiv koaqulyatorudur. Turş
torpaqlarda o, böyük maraq obyektidir. Torpaq məhluluna keçdikdə torpaq
mühitində Al
3+
-un yüksək peptizasiyasına yardım edən hidrolitik turş duzlar əmələ
gətirir. Buna görə də torpağın turşuluğu təyin edilən zaman hidrogen ionu ilə birgə
nəzərə alınır. Al
3+
fizioloji toksik kation kimi tədqiq olunur.
Fe
3+
Rütubətli tropik torpaqlarda alüminium kimi kolloidlərin intensiv koaqulyatorudur.
Ferralit torpaqlara qumsallaşmış torpaq kütləsi effektini əlavə edən struktur
mikroaqreqatlarının yaradılmasında iştirak edir. Adətən belə torpaqlar yalançı
qumsal torpaqlar kimi baxılır. Dəmirlə zənginləşmiş torpaqlar az plastik, şişməmək,
lateritləri əmələ gətirmək meyilliyi kimi xassələrə maklikdir.
NH
4
+
Ammonium ionu - bitkilərlə mənimsənilə bilən azotun
yeganə mümkün akkumulya-
siyasıdır. Ammonifikasiya proseslərində kolloidlər tərəfindən udulur. Bitkilərin kök
sistemi vasitəsilə asan mənimsənilir. Torpağın uduculuq qabiliyyətinin 3%-dən artıq
miqdarlarda toplanmır. Fiziki və fiziki-kimyəvi əhəmiyyəti öyrənilməmişdir.
Ammonium azotu, o cümlədən mübadilə vəziyyətində, aqrokimyəvi tədqiqatların
xüsusi obyektidir.
126
Torpağın udma qabiliyyətinin təhlili nəticəsində aşağıdakı nəticələrə gəlmək olar:
1. Torpağın uducu kompleksinin (TUK) tərkibi torpaq mühitinin reaksiyasını və
onun sabitliyini müəyyən edir. Torpağın neytral, turş və ya qələvi şəraiti birbaşa
mübadilə kationlarının tərkibindən asılıdır.
2. Torpağın uducu kompleksi bitkilər tərəfindən biofil kationların xəzinəsidir.
Təbiətinin sabitliyi və səmərəsinə görə torpağın uducu kompleksi bitkilərin qidalan-
masının tənzimləyicisi kimi torpaq məhlullarını bir çox cəhətdən üstünləyir. Bu, Na
+
,
NH
4+
, K
+
, Mg
2+
, Ca
2+
və eləcə də praktiki olaraq metal təbiətli bütün mikroele-
mentlərə aid olunur. Xüsusilə qeyd etmək lazımdır ki, bitkilərin kaliumla qidalanması
müstəsna olaraq kolloidlərin mübadilə kaliumunun hesabına baş verir və aqrokimya-
çılar tərəfindən təyin olunmuş bitkilər üçün mənimsənilə bilən
kalium kolloid-
mübadiləvi mənşəli elementdir.
3. Kolloid kütləsinin vəziyyəti torpağın praktiki olaraq bütün fiziki xassələrini,
ilk növbədə də strukturluğunu, sıxlığını, hava və su tutumluğunu və torpaq suyunun
davranışını vahid bir sistem kimi səciyyələndirir. Əksər bitkilər, heyvanlar və digər
canlı orqanizmlər üçün torpağın fiziki vəziyyətinin ekoloji optimumu mühitdə
kolloidlərin 99,9%-nin gel və 0,1%-nin zərrəciklər halında olan zaman yaranır.
4. Torpağın uducu kompleksi ağır metalların çirkləndirici kationları və radio-
nukleidlər üçün geokimyəvi sipərdir. Lakin kation-kolloidli udulmanın
rolunu
mütləqləşdirmək olmaz. Yuyulmayan su rejimli torpaqlarda udulmuş kationlar müba-
dilə əsasında bitkilərlə mənimsənilir və qidalanmanın bioloji zəncirlərinə daxil olur.
Su ilə yuyulan torpaqlarda N
+
çirkləndiricilərinin mübadilə vasitəsilə sıxışdırılması
və sonrakı landşaft miqrasiyası qaçılmazdır.
Dostları ilə paylaş: