123
torpaqlarda, havası dəyişən olmalıdır. Ona görə ki, havanın tərkibində ağır qaz olaraq
CO
2
çökəkliklərdə toplanmağa meyillidir.
Karbon qazının torpaq-kimyəvi və geokimyəvi rolu da böyükdür. CO
2
ilə
zənginləşmiş su kalsit CaCO
3
,
dolomit CaCO
3
və MgCO
3
, maqnezit MgCO
3
, siderit
FeCO
3
kimi bir çox çətin həllolun birləşmələri həll edir. Bu, torpaq profilində və sıx
əlaqəli geokimyəvi landşaftlarda karbonatların miqrasiyasını doğurur. Torpaq
havasında və torpaq məhlulunda tədricən artan CO
2
konsentrasiyasının təsiri altında
karbonatların qələviləşməsi tarazlığı sola meyillənmə ilə şərtlənən dekarbonizasiya
prosesi adlanır:
Ca(HCO
3
)
2
→
CaCO
3
+ H
2
О + CО
2
CaCO3 çöküntü halına keçməsi düşməsi və torpaqda karbonatlı torpaqəmələ-
gəlmələrin (ağgöz, durnacıqlar, karbonatlı kif) yığılma laylarının formalaşması bu
hadisənin əks tərəfidir.
«Torpağın tənəffüsü» adlanan torpağın bioloji aktivliyinin
yüksək informativ
göstəricisi mövcuddur ki, onunla vaxt vahidində, səth vahidindən CO
2
-nin ayrılma
sürəti səciyyələndirilir. «Torpaq tənəffüsü»nün intensivliyi 0,01-dən 1,5q/(saatda m
2
-
lə) arasında tərəddüd edir və yalnız torpaq və iqlim şəraitlərindən deyil, həm də bitki
və mikrobioloji assosiasiyaların fizioloji xüsusiyyətlərindən,
fenofazadan və bitki
örtüyünün sıxlığından asılıdır. «Torpağın tənəffüsü» hər bir konkret zaman dövründə
ekosistemin bioloji fəallığını səciyyələndirir. CO
2
-nin ayrılması ilə «tənəffüs»ün
müəyyən edilməsi vaxtı təsbit olunan torpaqların müqayisəli münbitlik səviyyəsinin
təyini optimal dərəcədə nəmliklə zənginləşmiş torpaq kütləsində (TRT-nin 60%-i)
aparılır.
Torpaqların hava tutumunu və onun ekoloji əhəmiyyətini hər zaman hava
həcminin birbaşa asılı olduğu torpağın digər xüsusiyyətləri ilə bir kompleksdə
qiymətləndirmək lazımdır.
Dostları ilə paylaş: