128
qaratorpaqlar və şabalıdı torpaqlar üçün səciyyəvidir.
Bu halda qələvilik tarla
bitkilərinə bir o qədər əhəmiyyətli təsir göstərməsə də, ağaclar üçün,
xüsusilə də alma
və gilas üçün, əlverişsizdir.
pH 10-12. Kəskin qələvi mühit şəraiti. Lokal surətdə arid iqlim şəraitində rast
gəlinir. Bunlara bir çox şoranlar və karbonatlı şorakətlər aiddir. Fosfatların mənim-
sənilmə səviyyəsi zəifdir, dəmir və manqan çatışmır, borun artıqlığı mümkündür.
Fiziki şəraitin
son dərəcədə əlverişsizliyi, struktursuzluq və mikroorqanizmlərin
fəaliyyətinin sıxışdırılması ilə səciyyələnir. Gipsləmənin yüksək dozalarını tələb edir
ki, bunsuz torpaq kənd təsərrüfatı istifadəsinə yararsızdır.
Fizioloji baxımdan əksər bitkilər üçün torpaq məhlulunun ən əlverişli reaksiyası
neytral, zəif turş və ya zəif qələviyə yaxın mühitlər hesab olunurlar. Yüksək turşuluq
və qələvilik bitkilərin qida maddələri ilə təmin olunması vasitəsilə fizioloji
neqativ
təsir edərək onların boy və inkişafına mənfi təsir göstərir. pH 3-dən az və 9-dan
yüksək olduqda əksər bitkilərin köklərində hüceyrələrin protoplazması zədələnir.
Qələvi torpaqlarda pH göstəricisi 8,5-dən (8,7) yuxarı olduqda nitratların və fosfatla-
rın çatışmaması, asan həllolunan duzların artıqlığı, dəmir və manqanın ikivalentli
formalarının, eləcə də mis və sinkin çatışmaması müşahidə oluna bilər.
Eyni zamanda qələvi torpaqlarda nitrifikasiya qabiliyyətinin sıxışdırılması səbə-
bindən nitratlar azdır, fosfatların bitkilər tərəfindən
mənimsənilməyən dəmir və
alüminiumun üçvalentli formalarında birləşmələri müşahidə olunur, kalsium, maqne-
zium, kalium və kükürdün çatışmaması duyulur. Bundan başqa, alüminium və
manqan mütəhərrik birləşmələrinin artıqlığı bitkilərə zəhərləyici təsir göstərir.
Alüminiumun yüksək konsentrasiyaları şəraitində becərilən bitkilərin
mikroskopik
tədqiqi kökün uc hissəsinin merismatik zonasında anormal miqdarda iki nüvəli
hüceyrələrin əmələ gəlməsini göstərmişdir (Blek). Bu, hüceyrələrin bölünməsinin
təcavüzə məruz qalmasını göstərir. Alüminiumun artıqlığı kök
hüceyrələri protoplaz-
masının ötürücülük qabiliyyətini aşağı salır ki, bu da bitkilər tərəfindən fosfor,
kalsium, kalium, dəmir, natrium və borun mənimsənilməsinə mane olur. Qələvi
torpaqda marqanes özünü alüminiuma oxşar aparır.
Torpağın müxtəlif turşuluq səviyyəsinə bitkilərin reaksiyası 34, 35 və 36 saylı
cədvəllərdə təsvir olunur.
Müxtəlif pH göstəriciləri üzrə növbəli əkin şəraitində bitkilərin məhsuldarlığı (Blek)
Cədvəl 34
Dostları ilə paylaş: