pH 5,0-6,0. Güclü turş mühit reaksiyası. Rütubətli iqlim şəraiti torpaqları
üçün (podzollu, çimli-podzollu, doymamış qonur meşə, sarıtorpaqlar və
qırmızıtorpaqlar) səciyyəvidir. Fosfatların, eləcə də dəmir, alüminium, manqan,
kalsium, kalium, bor, kobalt və yod birləşləşmələrinin vəziyyəti kəskin turş şəraitə
analojidir. Bakteriyaların fəaliyyəti zəif, göbələklərin isə aktivdir. Belə pH-a malik
torpaqlar üçün gillicəli və xüsusilə də gilli qranulometrik tərkibdə fiziki
xüsusiyyətlərin pis olması və kipləşməyə meyillik səciyyəvidir. Yazda bu torpaqlar
yetişmir, əksinə, tədricən quruyur. Əlverişli becərmə şəraiti yalnız hədsiz qısa
diapazonda müşahidə olunur. Torpaq asan quruyan kəltənlər əmələ gətirərək
təbəqələrə ayrılır, yaxud da qurudur və şum kəltənlidir. Bu, onunla izah olunur ki,
yazda əmələ gələn karbon qazı bu mühitdə Ca
2+
-u sıxışdıra bilmir, alüminium və
dəmir birləşmələri isə bu dövrdə hələ kifayət miqdarda ion əmələ gətirməmiş olur.
Şimalda belə torpaqlar əhəngləmə vasitəsilə yaxşılaşdırılır.