132
pambıq, yonca, acıpaxla şum qatı sıxlığının daha yüksək kəmiyyətlərində yaxşı
inkişaf edir. Bu sırada normal boy və inkişafı üçün üst köklər
yerləşən layda yüksək
sıxlıq tələb edən çəltik xüsusilə fərqlənir (şəkil 30).
Şəkil 30. Torpağın kipləşməsi
Şum qatında optimal sıxlığın yaradılması məhsuldarlığın
yüksəlməsini təmin
edən mühüm üsuldur. Artıq sıxlıqla səciyyələnən torpaqlarla müqayisədə şumun
optimal sıxlığı aşağıdakı məhsul artımını verir: yazlıq buğda - 1,5 sen/ha; darı - 2,5;
silos üçün qarğıdalı - 25-40; şəkər çuğunduru - 8-10; kartof - 15.
Şum qatının sıxlığı şum, malalama, kultivasiya kimi becərmələrlə tənzimlənir.
Bəzi hallarda şum qatının sıxlığını dərin laydırsız
becərmə və yumşaltma ilə, eləcə də
plantajla tənzimləmək olar. Lakin məhsulun yaradılmasında yalnız
üst qatlar deyil,
həm də torpağın 40-50 sm dərinliyindəki qatlar da iştirak edir. Onların fiziki vəziy-
yəti bütövlükdə torpağın keyfiyyətini müəyyən edir. 1,4-1,55 (1,60) sıxlıqda bərkimiş
qatlara
köklərin işləməsi çətinləşir, onların inkişafı zəifləyir. 1,55 (1,60) və daha artıq
sıxlıqda isə bitkilərin kök sisteminin inkişafı mümkün olmur. Qaratorpaqlarda AB
layının əksər bitkiləri üçün optimal sıxlıq 1,30-1,35 hesab olunur. Adətən, torpağın
kök yerləşən qatında sıxlığın artması dənli bitkilərin məhsuldarlığını 10-15% aşağı
salır.
Meyvə ağacları üçün kök yerləşən qatın sıxlığı nəzərə alınır: nəmlik əmsalı 1,0-
dən az olan torpaqlarda (qaratorpaqlar, qəhvəyi, şabalıdı və digər torpaqlarda) -20-
200 (300)sm; nəmlik əmsalı 1,0 çox olan torpaqlarda (çimli-podzollu, boz, qonur-
meşə, sarıtorpaqlar və s.) isə - 20-100 sm. Sıxlaşmaya qarşı mənfi reaksiyasına görə
meyvə ağacları aşağıdakı qaydada yerləşir: gilas üçün torpağın optimal sıxlığı - 1,35-
dən az; alma, armud, ərik üçün - 1,30-1,40; gavalı və albalı üçün - 1,35-1,45 q/sm
3
.
Bu kəmiyyətlərdən yuxarı ağacların inkişafının
zəifləməsi, məhsuldarlığın azalması
müşahidə olunur. 1,55 (1,60) sıxlıqda isə kök sistemin inkişafı dayanır, ağajlar
vaxtından əvvəl məhv olur.
Rütubətli iqlim şəraiti torpaqları üçün kök yerləşən qatdan aşağı torpaqəmələ-
gətirən süxurun sıxlığının nəzərə alınması mühüm rol oynayır. Torpaqaltının yüksək
sıxlığı zamanı (1,55-1,60-dan çox) ağacların normal inkişafı mailliyi yalnız 30-dən
artıq olan yamaclarda mümkündür, düzən sahələrdə isə ağaclar təbii drenajın
olmaması səbəbindən izafi nəmlikdən məhv olur.
Dostları ilə paylaş: