129
Cədvəldən aydın
görünür ki, qələvi şəraitin sıxışdırıcı təsiri ayrı-ayrı bitkilərdə
müxtəlif surətdə özünü büruzə verir.
Lakin çay kolu, tunq, üçyarpaq, acı paxla kimi
asidofil bitkilər özünün inkişafı üçün qələvi mühitə ehtiyacı vardır, kalsiumun
artıqlığı isə onlara mənfi təsir göstərir.
Bitkilərin böyük qrupu neytral və ya zəif qələvi torpaqlara üstünlük verir.
Bunlar
bizim aparıcı dənli-taxıl bitkilərimizdir - buğda və arpa.
Üzüm tənəyi qələvi karbo-
natlı torpaqlarda yaxşı inkişaf edir. Yalnız neytral və qələvi şəraitdə yaxşı inkişaf
edən
otlardan xəşəmbülü, yoncanı, daraqotunu və sudan otunu göstərmək olar. Bəzi
bitkilər mühit reaksiyasının geniş diapazonunda inkişaf edə bilir: qarğıdalı, çəltik,
tütün. Torpaq mühitinin reaksiyasına bitkilərin tələbkarlığı haqqında məlumat 35
saylı cədvəldə verilmişdir.
Dostları ilə paylaş: