5.1.9. Torpağın sıxlığının ekoloji əhəmiyyəti Torpaq xüsusiyyətlərinin və bitki həyatının təşəkkülündə torpaq sıxlığının rolu
çox cəhətlidir. O, torpaqda su və qida ehtiyatının toplanmasına, eləcə də su və hava-
nın nisbətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Torpağın yüksək sıxlığında mənfi
təsirlər xüsusilə özünü büruzə verir. Belə təsir, əsasən, torpaqda su rejiminə, qazların
mübadiləsinə və bioloji aktivliyə göstərilir. Torpaq sıxıldıqda, başqa sözlə, onun
həcmi azaldıqda torpaqda bərk fazanın və mənimsənilməyən nəmliyin payı artır.
Sıxlıq 1,5-1,6 olduqda mənimsənilən nəmliyin payına torpaq həcminin cəmi 5-10%-i
düşür və bu yalnız torpağın yüksək su tutumu halında olur. Torpaq nə qədər quru-
dursa, bir o qədər bitkilər yüksək sıxlıqdan əziyyət çəkir. Sıxlığın 0,1 q/sm
3
qədər
artması bitkilərlə mənimsəniləməyən suyun miqdarının 10% artmasını doğurur.
Kip torpaqların əlverişsiz şəraitinin dərəcəsi əsasən mineraloji tərkibdən asılıdır.
Montmorillonitlə zəngin, bitişkən torpaqlarda yüksək sıxlığın mənfi təsiri şişmə və
sıxlaşma hallarını gücləndirir. Torpaqların quruması (sıxlaşması) zamanı həcm sıxıl-
ması 30%-ə qədər təşkil edir. Bu, bitkilərin kök sisteminin parçalanmasına gətirib
çıxarır.
Böyük miqdarda üzvi maddələr torpağın sıxlığını azaldır. Lakin əksər hallarda
torpağın sıxlığı onun struktur vəziyyətindən asılıdır. Dənəvər və topavarı yumşaq tor-
paqlar məsaməli olub sıxlığın az olması ilə səciyyələnirlər. Struktursuz və bərkimiş
torpaqlar isə əksinə, çox sıx olurlar. Torpağın sıxlığı ağır texnikanın təkərləri altında,
131
hədsiz otarma və suvarma nəticəsində də arta bilər. Torpağın mütəmadi becərilməsi
isə əksinə, onun sıxlığını aşağı salır.