Şəkil 35. Torpaq göbələkləri Hesablanmışdır ki, 1 hektar tarlada yaxud bağda 600 kq-a yaxın yağış soxul-
canları vardır. İngilis alimi Albert Hovardın araşdırmasına əsasən bu miqdarda soxul-
canlar il ərzində 12-14 tona qədər torpağı orqanizmindən keçirir. Beləliklə, üç il
müddətində yağış soxulcanları bütün sahəni tam çevirmiş olurlar. Yağış soxulcanları-
nın ifrazatları bitkilər üçün mənimsənilən formada olan yüksək konsentrasiyalı qida
maddələrindən ibarətdir ki, bu da təbiətin bütün zənginliyinə baxmayaraq, demək
olar ki, heç yerdə rast gəlinmir. Soxulcanlarla kasıb olan torpaqlarla müqayisədə
onlarda qida zənginliyi daha yüksəkdir:
o
Həllolunan azot 5 dəfə çoxdur, o
Həllolunan fosfor 7 dəfə çoxdur, o
Həllolunan kalium 7 dəfə çoxdur.