139
Torpağın becərilməsi üzrə məqsədyönlü tədbirlər aşağıdakıları təmin etməlidir:
•
Torpağın strukturunu yaxşılaşdırmaq,
•
Kipləşməni ləğv etmək,
•
Bitki qalıqlarının və üzvi gübrələrin torpaqda toplanmasına yardım etmək,
•
Alaq otlarının inkişafını tənzimləmək,
•
Torpağı səpinə hazırlamaq
Torpağın müxtəlif qatında müxtəlif mikroorqanizmlər yaşayır. Onların həyat şəraiti
dəyişdikdə, yəni torpağı çevirərək becərən zaman bir çox orqanizmlər məhv olur.
Beləliklə, torpağın becərilməsi torpaq orqanizmlərinin həyat fəaliyyətinə ağır
itki vurmamalıdır. Digər tərəfdən əkin qatının səthi çevrilməsi və dərin yumşaldılma,
praktikaya əsasən səpinə hazırlıq və alaq otları ilə mübarizə deməkdir.
Torpağı daha yaxşı necə hazırlamaq olar?
Bu günə qədər nəzəriyyəçi mütəxəssislər arasında bu sual ətrafında
müzakirələr
davam edir, lakin praktiklər üç cəbhəyə bölünüb:
• Şumdan tamamilə imtina edənlər;
• Torpağı üzdən və ya dərindən yumşaldanlar (torpağı çevirmədən);
• Torpağı adi üsulla becərənlər (yəni, şumlayanlar).
Hər bir fermerə aydın olmalıdır ki, torpağın
ümumi qəbul edilmiş becərmə
qaydaları yoxdur. Ayrı-ayrı mütəxəssislərin təcrübəsinin ümumiləşdirilməsi bu işə
əlavə qeyri-müəyyənlik gətirə bilər. Belə vəziyyətdə daimi
müşahidələr və əldə
etdiyiniz təcrübələrə əsasən öz üsullarınızı hazırlamaq əhəmiyyətlidir
Dostları ilə paylaş: