Torpağın adi üsulla becərilməsi o zaman özünü doğruldur ki, onun becərilməsi
ilə bağlı tədbirlər bütün normalara əsasən vaxtında tam və düzgün yerinə yetirilir.
Məsələn, torpağın düzgün şumlanması (bunun üçün ikiyaruslu yaxşı kotan tələb
olunur), sonra isə malalanması, kultivasiyası və s. yerinə yetirilməlidir (şəkil 37).
Bütün bu tədbirlər böyük həcmdə enerji və maddi vəsaitlərin sərfini tələb edir.
Məsələ ondan ibarətdir ki, bu xərclər nə dərəcədə özünü doğruldur?
Hal-hazırda Avstraliyada, Şimali Amerikada və Avropada böyük ərazilərdə
torpağın havalanmasını və yumşalmasını təmin edən laydırsız şum get-gedə böyük
şöhrət qazanmaqdadır. Klassik şumlama ilə müqayisədə bu üsul daha sadə və kifayət