141
Sonralar əkilmiş birillik və çoxillik bitkilərin köklərinin torpağa asan işləməsi
təmin olunur.
Yenidən dağıdıcı becərmə üsullarının istifadə edilməsi və bütün canlıları məhv
edən kimyəvi maddələrin torpağa verilməsi şərti ilə burada özünübərpaetmə
prosesi fəallaşır.
Torpağın ekotəsərrüfatçılıq şəraitində istifadə olunması istiqamətində Yaponiya
fermeri, Nobel mükafatı laureatı Masanobu Fukuokanın təcrübəsi hal-hazırda bütün
dünyada yayılmaqdadır.
Masanobu Fukuokanın əsas ideyası ondan ibarətdir ki,
növbəti bitki sələf bitki
yetişən zaman səpilir. Bu zaman müntəzəm mulçalama (sürünən üçyarpaq), eləcə də
payızlıq və yazlıq bitkilərin istifadəsi ilə ikiqat əkinlər prinsipi tətbiq edilir.
Çəltiyin becərilməsi üçün ayrılmış sahə əvvəlcə hamarlanmalı və onun dövrə-
sində çox da hündür olmayan bənd (suyu saxlayan qurğu)
qurulur ki, torpağın üzərini
yay vaxtı 5 sm-ə qədər su altında saxlamaq mümkün olsun.
Hamarlanmadan və ya torpağın hazırlanmasından sonra onun üzərinə əhəng və ya
dolomit səpilir, suvarma aparılır
və beləliklə, torpaq payız səpininə yararlı hala
salınır.
Bu sistemin müxtəlif bitkilərin becərilməsi zamanı necə işlək olmasını göstər-
mək üçün gəlin eyni vaxtda bir neçə sahəyə baxış keçirək.
Payızda bitkilər aşağıdakı qaydada səpilir:
I sahə: Çəltik, sürünən üçyarpaq, çovdar.
II sahə: Çəltik, sürünən üçyarpaq, arpa.
III sahə: Çəltik, sürünən üçyarpaq, darı.
IV sahə: Çəltik, sürünən üçyarpaq, payızlıq buğda.
V sahə: Çəltik, sürünən üçyarpaq, yulaf.
Dostları ilə paylaş: