143
tamamilə məhv olur. Bu halda üçyarpaq sarala bilər, lakin məhv olmamalıdır.
Çəltik
məhsul yığımına qədər inkişafını davam etdirir.
Yay: Tarlada çəltik əkinlərinin sıxlığı 50-80% səviyyəsində qalır. Digər dənli
bitkilərin toxumları erkən payızda həyata keçiriləcək səpin üçün hazırlanır. Silsilə
(tsikl) yenidən təkrarlanır. Bu zaman dənli bitkilərin
küləşi mulça kimi istifadə
olunur.
Hər bir konkret misalda öz fərdi sisteminizi işləyib hazırlamaq və növlərin
müvafiq kombinasiyasını seçmək zəruridir. Tarlada silsilə yaradılan kimi əlavə kulti-
vasiyanın aparılmasına ehtiyac qalmır, ona görə ki, alaq otları üzərində nəzarət yalnız
küləş mulçası hesabına təmin olunur. Sahəni əhatə edən
su saxlayan bəndlər boyu
xəndəkotu, sitruslar, çəkil, sorqo, gülümbahar, nəfəsotu kimi alaq otlarının yayılma-
sının qarşısını alan digər növləri əkmək məqsədəuyğundur. Alaq otlarının
kənardan
təkrar müdaxiləsinin qarşısını almaq üçün bu əkinlər odun ovuntusu ilə örtülür.
Masanobu Fukuokanın ekoloji təsərrüfatçılıq sahəsində zəngin təcrübəsi torpağı
şumlamadan meyvə və tərəvəz bitkilərinin becərilməsi üzrə külli miqdarda
informasiyanı əhatə edir. Üçyarpaq əkinləri əvəzinə o, ağac
bitki növlərindən istifadə
edir. Bir hektara akasiya cinsinə aid (məs: gümüşü akasiya) 12 ağac əkilir.
Öz sahələrinin birində Fukuoka 35 il ərzində şumsuz silsiləni həyata keçirmiş,
burada torpağın münbitliyi quş zılından başqa hər hansı bir gübrədən istifadə
etmədən yaxşılaşdırılmışdır. Bu zaman bitki
mühafizə tədbirlərinin, o cümlədən alaq
otlarına qarşı da çiləmələrin həyata keçirilməsinə ehtiyac yaranmamışdır.