İkinci addımda – biçənək-örüş ərazilərinin sahəsi ilə sıx bağlı olan, tələb
olunan yem zolağı müəyyən olunur. Hətta biçənək-örüş sahələrinin yüksək payı
hallarında şum sahəsinə də torpağı azot və humusla zənginləşdirmək üçün paxlalı
bitkilərin (yemlik) becərilməsini nəzərdə tutmaq lazımdır.
Üçüncü addım – «kommersiya» bitkilərinin müəyyən edilməsi, yaxud
müvəffəqiyyətlə satılması mümkün olan bitkilərin əkilməsi.
Dördüncü addım – başlıca bitkilərin paylanması zamanı növbəli əkinin
strukturunun formalaşmasının əsas qaydalarını nəzərə almaq zəruridir.