Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə170/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   166   167   168   169   170   171   172   173   ...   431
 
6.1.2.
 
Yaşıl gübrələr (sideratlar) 
Yaşıl gübrələr ekoloji tərəvəzçilikdə xüsusilə  əhəmiyyətlidir. Adətən,  əvvəlcə ot 
örtüyü biçilir, sonra isə bitki qalıqlarının torpağa qarışdırılması həyata keçirilir.  
•  Kök qalıqları və torpağa qarışdırılan bitkilərin yerüstü kütləsi torpaq üçün enerji
torpaq orqanizmləri üçün isə yem mənbəyidir, nəticədə mikroorqanizmlərin 
həyat fəaliyyəti canlanır və torpağın strukturu sabitləşir;  
•  Paxlalı siderat bitkilərin tərkibi  növbəti bitkilərin istifadəsi üçün əhəmiyyətli 
olan azotla olduqca zəngindir; 
•  Bir çox siderat bitkilər öz kök ifrazatlarının vasitəsi ilə torpaqda olan mineral 
maddələrin mənimsənilməsini yüksəldir;  
•  Siderat bitkilər torpaq səthini örtür və bununla da alaq otlarının inkişafını  dəf 
edir və onu (torpağı) mənfi meteoroloji təsirlərdən mühafizə edir;  
•  Çiçəkləmə fazasında siderat bitkilər faydalı həşəratlar üçün qida mənbəyidir.  
 
Sideratların becərilməsi zamanı qida maddələri (əsasən, azot) «konservləşdirilir» 
ki, nəticədə bu, torpaqdan yuyulmur. 
Qida maddələrinin yuyulması arzuedilməzdir, bu halda onlar növbəti bitki üçün 
əlçatmaz olur, bundan başqa, qrunt sularının, su anbarlarının, çay, dəniz və göllərin 
çirklənməsinə səbəb olur.  
Yaşıl gübrə  məqsədi ilə bitkilərin seçimi iqlim şəraitindən, torpaq tipindən 
təsərrüfatın ehtiyac və imkanlarından asılıdır. Qeyd etmək lazımdır ki, bu zaman kök 
sisteminin ölçüsü, həmçinin onun azotu təsbit etmək qabiliyyəti böyük əhəmiyyətə 
malikdir.   
 
 
 


 
151
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin