Əkin sahəsini artırmadan əkin xətti ölçüsünü artırmaqla məhsuldarlığı artırmaq mümkündür. Mənzərəyə bütövlükdə hər hansı bir əhəmiyyətli dəyişiklik etmədən, yalnız
süni gölün həndəsi formasını dəyişməklə onun sahili boyunca əkilən bitkilərin
miqdarını iki dəfə artırmaq olar. Belə nəticə iki müxtəlif mühitin - süni gölün və
çəmənin qovuşma ərazisi sahəsinin artırılması hesabına mümkün olur (şəkillərin
təsviri).
Aralıq məkan forması müxtəlif ola bilər, o
cümlədən ziqzaqvari (küləyə qarşı ziqzaqvarı
sipər düz xətdə yaradılmış sipərə nisbətən
küləyin təzyiqinə daha davamlıdır).
Bəzən seqment tipli formanın (qıfıl dəliyi
formasında olan ləklər mikroiqlim şəraitinin
müxtəlifliyini təmin edir) istifadəsi məqsədə-
uyğundur. Bundan başqa, süni yaradılmış
hündürlük üzərində ləklərin yaradılması
mümkündür (qaldırılmış ləkdə bitki küləkdən
qorunur, sahənin faydalı ölçüsü artır, drenaj
üçün şərait yaranır).
Aralıq məkan kimi, eləcə də müxtəlif
ölçülü dərinliklərə malik ləklər yaratmaq olar (quru iqlim şəraitində və küləyin
təsiri ilə hərəkətə gətirilən bitki qalıqlarının mulça kimi toplanması üçün).