Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə215/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   211   212   213   214   215   216   217   218   ...   431
7.4.
 
Təbii enerji mənbələrindən səmərəli istifadə (səmərəli enerji sistemlərinin 
dizaynı) 
 
Təbii amillər istənilən təsərrüfata təsir edir və bu təsir  fermerin onu necə 
istifadə etməsindən asılı olaraq həm faydalı, həm də ziyanlı  ola bilər.  
Bu amilləri insanlar qədim dövrlərdən başlayaraq dörd elementə  və ya təbii 
hadisələrə bölmüşlər: 
  İşıq (Günəş), 
  Su (yağış, çaylar, dənizlər), 
  Hava (külək), 
  Yer (dağ süxurları). 
«Təbii hadisələr» və ya təbii amillər çox hallarda dağıdıcı xarakterə malik olub, 
lakin insan tərəfindən səmərəli enerji və ekoloji təhlükəsiz sistemlərin yaradılması 
vasitəsi ilə məqsədyönlü surətdə cəmiyyətin rifahına istiqamətləndirilə bilən  nəhəng 
enerjinin  təbii daşıyıcısıdır. 
Belə sistemlərin yaradılması, ilk növbədə, təbii hadisələrin çox diqqətli müşahi-
dəsini, dəqiq planlaşdırmanı  və yalnız bundan sonra dizaynın həyata keçirilməsini 
tələb edir. 
Dizayn (ingiliscə design - niyyət, qərəz, plan) bizim düşüncəmizdə yaradıcı pro-
sesdir və  nailiyyətə istiqamətlənən  layihələşdirilmiş sistemin nəticəsidir. Dizayn:   
•  Yaradılan obyektlərin və mühitin bütövlükdə daha dolğun harmoniyasına; 
•  İnsanın imkanlarının və  həm ilkin, həm də estetik tələbatlarının ödənil-
məsinə xidmət edir.  
Bununla belə, yaradılmış sistemin hər bir elementi digər elementlərlə 
müəyyən funksional asılılıqda olmalı və sistemin bütövlükdə səmərəliliyinə xidmət 
etməlidir.  


 
188
Səmərəli enerji sistemlərinin düşünülmüş dizaynı konkret sahədə mövcud olan 
bütün növ enerjilərin maksimal dərəcədə mümkün qeydiyyatını nəzərdə tutur. 
 «Təbii hadisələr» özünü təbiətdə birbaşa (su, işıq, külək və s.), əksər hallarda 
isə bioloji resurslar surətində büruzə verir. Bu zaman hər bir resursa çox və ya az 
dərəcədə, lakin bütövlükdə bütün dörd element (məsələn: ekosistemlər, bitkilər, 
heyvanlar, torpaq, peyin, kompost və s.) daxil olur. 
Bioloji resursların səmərəli istifadəsinin açarı  işin düzgün təşkilindədir.  Əgər 
belə təşkil yoxdursa, resurslar nəzarətdən çıxa bilər və fayda vermək əvəzinə ziyan 
vurar.  
Bəzi hallarda nəzarətdən çıxmış bu resurslar hətta çirkləndirici amil qismində 
belə özünü büruzə verir. Bu rolda misal kimi cavan ağacları məhv edən mal-qaranı, 
eləcə də ayrılmış sahədə toyuqların dağıdıcı fəaliyyətini göstərmək olar. 
Başqa misal kimi hədsiz dərəcədə kollanmış paxlalılar fəsiləsinə aid ağacların 
digər bitkilər üçün işığın qarşısını kəsməsini qeyd etmək olar. 
Təşkilin strategiyası başlıca olaraq vaxtın hesablanmasına  əsaslanır. Məsələn, 
biz istəyirik ki, çiyələk, moruq, soğan, kartof, pomidor və s. bitkilər yetişdirilən 
bostanda qazlar vasitəsi ilə alaq otlarını  təmizləyək. Burada strategiya qazların 
bostana bitkilər kifayət dərəcədə inkişaf etdikdən sonra və meyvə yetişməmişdən 
əvvəl  (qazlar yetişmiş məhsulla qidalanır) buraxılmasından  ibarətdir. 
Permakultura sistemində bütün səylər enerji və qida maddələrini konkret 
ərazinin hüdudlarından kənara axmasının qarşısını almağa və bu prosesə dövran 
xarakteri verilməsinə istiqamətlənir. Məsələn, mətbəx tullantıları kompost üçün, 
peyin gübrə və bioqaz mənbəyi kimi, evdə istifadə olunmuş su sonra suvarma üçün, 
xəzəl yığışdırılaraq mulça kimi istifadə olunsun.  
Enerjisəmərəli sistemlərin yaxşı dizaynı dedikdə qapalı enerji dövranının təşkili 
məqsədi ilə konkret ərazidə mövcud olan bütün enerji növlərinin maksimal dərəcədə 
mümkün qeydiyyatı nəzərdə tutulur.  
Termodinamikanın ikinci qanunu bildirir ki, enerji müntəzəm olaraq miqdarca 
azalır və ya mövcud sistem hüdudlarında istifadə üçün yararlılığı azalır. Buna 
baxmayaraq, Yer üzərində həyat yalnız enerji dövranının hesabına inkişaf edir.  
Bitki və heyvan növlərinin real həyatda qarşılıqlı təsiri konkret ərazidə mövcud 
olan enerjinin miqdarını artırır.  
Ekofermerin vəzifəsi yalnız ondan ibarət deyil ki, enerjini təkrarən istifadə etsin 
və bununla da maksimal dərəcədə  səmərəni artırsın, həm də ondan ibarətdir ki, 
əlçatan enerjinin miqdarı minimuma və sonra sıfra enən ana qədər onun bütün 
potensialını istifadə etsin.  
Bizim işimiz - daxil olan enerjini hər bir konkret mərhələdə itkiyə yol vermədən 
istifadə etməkdən ibarətdir. Mülkümüzdən su axıb kənara getməsin deyə «mənbədən 
axara qədər» onun aralıq istifadə nöqtələrini yaratmaq lazımdır.  
Dizaynın  ən mühüm vəzifələrindən biri landşaft və mövcud tikintilər ilə             
(A vəziyyətindən B vəziyyətinə keçid) qarşılıqlı əlaqədə olan enerji toplayıcılarının 
uyğun yerləşdirilməsindən ibarətdir. Belə toplayıcıların quraşdırılması bütün siste-
min məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır.  
 


 
189
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin