190
mış, su təminatı sistemi əsaslı düşünülmüşdür. Nümunə kimi sıx əkilmiş, mulçalan-
mış və çəpərlənmiş bostan sahəsi və ya heyvanların yemlə təmin olunması üçün
sistem, bağ və ya süni göl ola bilər.
Enerjiyə və suya qənaət etmək, eləcə də alaqların təcavüzündən qaçınmaq üçün
sistem tamamilə bitkilərlə örtülməlidir (hətta onların bəziləri sonradan kəsiləsi olsa
belə).
Ola bilər ki başlanğıcda bütün bu işlər hədsiz dərəcədə ağır,
çox enerji və vaxt
alan görünsün, lakin sonda bütün səylər özünü onunla doğruldacaq ki, sistem daha
çox həyat qabiliyyətli olacaq və bitkilərin müntəzəm qulluğa ehtiyacları olmayacaq.
Sahədə mövcud olan taxçaların miqdarı sistemə daxil
edilə biləcək növlərin
sayını müəyyən edir. Bir çox yanaşmalarda enerjisəmərəli dizayn yaradan
ekofermerin işi belə süni taxçaların yaradılmasından ibarətdir.
Yaradılmış sistemdə hər zaman boş qalmış taxçalar və onları doldurmaq üçün
müvafiq elementlər tapmaq olar. Burada yeganə məhdudiyyət dizaynerə əlçatan olan
xəyal və ya informasiyanın çatışmazlığıdır.
İnformasiya - bizdən əvvəl yaşamış minlərlə insanların təcrübəsini,
biliyini,
ideyalarını və eksperimentlərini özündə əks etdirən kapitalın təsəvvüredilməz
dərəcədə kompakt və çevik sərmayə formasıdır.
İnsan üçün oxumaq, müşahidə, müqayisə etmək və digər
insanlarla öz ideyala-
rını müzakirə etmək çox zəruridir. Nəticədə hər hansı bir sahə üzrə qapanmayaraq
geniş dünya görünüşü əldə etmək imkanı yaranır. Yalnız bu halda məhsuldar və az
enerji istehlakı ilə səciyyələnən sistemlərin müvəffəqiyyətli dizaynını həyata
keçirmək olar.
Dostları ilə paylaş: