195
VIII FƏSİL. EKOLOJİ HEYVANDARLIĞIN ELMİ ƏSASLARI
8.1. Ekoloji heyvandarlıq haqqında anlayış
Heyvandarlıq kənd təsərrüfatının mühüm sahələrindən biri olub bitkiçilik sahəsi
ilə sıx bağlıdır. Odur ki, ekoloji heyvandarlıq yalnız ekoloji təsərrüfat şəraitində
yarana bilər. Çünki heyvanların qidalanmasında istifadə edilən yemlərin əksəriyyəti
(80%) ekoloji təsərrüfatlarda tədarük edilməlidir.
Bundan başqa, ekoloji heyvandar-
lıqda heyvanların saxlanma şəraiti onların təbii yaşayış tərzinə yaxın olmalıdır. Belə
ki, heyvan sərbəst hərəkət etməli, su və yemdən istədiyi vaxt istifadə etməli,
təbii
yemlərlə qidalanmalıdır. Heyvanlarla sərt davranılmamalı, onun bədəni zədələnmə-
məli, məsələn, qulağı kəsilməməli, damğalanmamalıdır. Xəstələndikdə təbii dərman-
lardan istifadə olunmalıdır.
Ekoloji kənd təsərrüfatı hərəkatının davamçıları heyvandarlığı bitkiçilik üçün
gübrə mənbəyi kimi yardımçı sahə sayırdı. Bu baxımdan ekotəsərrüfatda heyvanların
sayı bitkiçiliyin tələbatına görə hesablanırdı, ancaq heyvanların bioloji ehtiyaclarına
o qədər də diqqət yetirilmirdi. Bu gün artıq münasibət tamamilə dəyişmişdir. Çətin
də olsa,
belə bir qənaətə gəlinib ki, ekoloji təsərrüfatda keyfiyyətli qida məhsulları-
nın istehsalı ilə yanaşı heyvanların düzgün cins seçiminə, həmçinin onların təbii
instinktlərinə uyğunlaşdırılmış saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir.
Ekoloji heyvandarlıqda yetişdirilən heyvanlar yerli şəraitə yaxşı uyğunlaşmış yerli
cinslərdən seçilməli və onlar yerli yem resurslarından istifadə etməklə bərabər xəstə-
liklərə qarşı dözümlü olmalıdır. Ekoloji heyvandarlıqda ənənəvi heyvandarlıqdan
fərqli olaraq, heyvanların yemlənməsində istifadə edilən
sintetik yem əlavələri, boy
maddələri, heyvan mənşəli yemlər və s. yolverilməzdir.
Ekoloji heyvandarlıqda başlıca məqsəd istehsal olunan heyvandarlıq məhsulla-
rının ekoloji və təbii keyfiyyətini olduğu kimi qoruyub saxlamaqdır. Geni dəyişdiril-
miş yem əlavələri, boy maddələri və sintetik yemlər ilə yemləndirilmiş heyvanlardan
alınan ərzaq məhsulları ilə insanlar qidalandıqda insan həyatında tədricən müəyyən
fəsadlar törənir. Ona görə də dünyanın inkişaf etmiş ölkələrində bu
problemi həll
etmək üçün ekoloji kənd təsərrüfatını, o cümlədən ekoloji heyvandarlığın inkişaf
etdirilməsini məqsədəuyğun sayırlar.
Azərbaycanda yabanı yaylaqlarda (Xoşbulaqda, Kəlbəcərdə, Murovda və s.)
təbii yemlərlə qidalanmış heyvanlardan alınmış ətin və südün ləzzətinin, şəhərətrafı
və şəhər zibillikləri yaxınlığında saxlanmış heyvanlardan alınmış məhsullarla müqa-
yisədə həm qidalılıq
və dad keyfiyyəti, həm də sağlamlıq üçün təhlükəsizliyi baxı-
mından kəskin fərqləndiyini hamı yaxşı bilir.
Bu gün inkişaf dövrünü yaşayan ekoheyvandarlıq aqrar bölmənin nisbətən
cavan sahəsidir. Heyvanların cinsinin seçimi, onlara qulluq şəraiti,
yemləmə və
düzgün müalicə qaydalarını tətbiq edərkən elmi nailiyyətlərlə yanaşı ənənəvi xalq
üsulları və kəndlilərin zəngin əməli bilikləri nəzərə alınmalıdır.
Son illərdə ölkədə ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsində ciddi səylər
göstərən Gəncə Aqrobiznes Assosiasiyası bu sahədə «qapalı istehsal silsiləsi»
196
çərçivəsində bitkiçiliklə yanaşı ekoloji heyvandarlığın mahiyyəti və əhəmiyyətinə
dair geniş informasiya mərkəzi yaratmışdır.
Dostları ilə paylaş: