Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə221/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   217   218   219   220   221   222   223   224   ...   431
8.1.1. Cinslərin seçilməsi 
Son vaxtlara qədər ümumi qaydada təşkil edilmiş fermada heyvanların məhsul-
darlığını artırmaq naminə bütün üsullar məqbul sayılırdı. Bu zaman yeni yüksək 
məhsuldar cinslərin yaradılması, gətirilmə heyvanların yeni şəraitə uyğunlaşdırıl-
ması, yem rasionunun tələbata yaxınlaşdırılması, hətta klonlaşdırma və rüşeymin 
köçürülməsi  ən dəyərli yenilik qismində  təqdim olunurdu. Bu üsulların istifadəsi 
heyvanların məhsuldarlığını real surətdə artırır, lakin istənilən nəticələr aborigen 
(yerli) cinslərin kökünün kəsilməsi, heyvanların sağlamlığına zorakı müdaxilələr, 
məhsulun keyfiyyətinin aşağı düşməsi və  ətraf mühitin çirklənməsi hesabına  əldə 
olunurdu. 
Odur ki, ekotəsərrüfatda cinslərin seçilməsi zamanı yuxarıda qeyd olunan bütün 
amillər nəzərə alınır. Burada maksimal surətdə yerli şəraitə uyğunlaşdırılmış 
cinslərin yaradılması və ya gətirilməsinə xüsusi yer verilir. Qayda olaraq formalaşan 
ekotəsərrüfata heyvanlar mövcud ekotəsərrüfatlardan gətirilməlidir. Bu imkan 
olmayan halda, istisna kimi heyvanların adi təsərrüfatlardan gətirilməsinə yol verilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin