Gövşəyən heyvanların çoxmədəli, donuzların, atların birmədəli, quşların
tamamilə fərqli həzm sisteminə malik olması nəzərə alınarsa, bu barədə kifayət
qədər bilgiyə kəskin ehtiyac duyulur. Əgər gövşəyən heyvanların xüsusiyyətləri
nəzərə alınarsa, onların qida rasionunda tərkibi oduncaqla zəngin olan qaba
yemlərin miqdarı ən azı 10% həddində normalaşdırılır. Əlavə qismində yeyinti
sənaye qalıqları, müxtəlif bitki məhsulları, həmçinin konservləşdirilmiş yemlər,
bakterial və göbələk mənşəli yemlər də istifadəyə yararlı sayılır.