206
lanması əlamətlərini göstərir. Yaxşı keyfiyətli vitaminli ot almaq üçün yaşıl otu
günəş şüaları altında 2-4 saatdan artıq soluxdurmaq olmaz.
Otun yığılması qısa müddətdə təşkil edilməlidir. Otun yığılmasının mexanik-
ləşdirilməsinin böyük əhəmiyyəti vardır.
Çünki bu, otun keyfiyyətinin yüksəlmə-
sinə şərait yaradır. Vaxtında biçilib düzgün qurudulmuş otun rəngi açıq-yaşıl,
özünəməxsus xoşagələn iyli olmalı, yarpaq
və çiçəkləri tökülməməli, tərkibində
14-17%-ə qədər nəmlik olmalıdır.
Ot biçilərək tirələrdə 6-12 saat qaldıqdan sonra xırda qotmanlara yığılıb
qurudulur, sonra 2-3 xırda qotmanı bir yerə yığıb iri qotmanlar düzəldirlər. 1-2
gündən sonra qurumuş otu tayalara vurmaq olar. Tayaya
verilən otu uzun müddət
və itkisiz saxlamaq üçün onun altına 40-50 sm qalınlığında küləş tökülməlidir.
Tayaların 4 tərəfində, eni 1 metr və dərinliyi 1,5 metr olan xəndəklər qazılmalıdır.
Tayadan axan sular bu xəndəyə yığılır.
En aşırımı və uzunluğu ölçülməklə xüsusi düstur vasitəsi ilə tayaların
həcmi
tapılır:
Uzunsov tayalar üçün:
H= (0,56А – 0.55Е) х ЕхU
Burada: H – tayanın həcmi; А – tayanın aşırımı; Е – tayanın eni; U – tayanın
uzunluğu
Dəyirmi tayaların həcmini təyin etmək üçün onun oturacağın çevrəsi və aşırımı
ölçülülür.
Hündür tayaların həcmi bu düsturla hesablanır:
H = (0,04А – 0,012 Ç
uz
) х Ç
2
uz
Alçaq tayaların həcmi bu düsturla hesablanır:
Ç
uz
х А
2
H= --------------
33
Burada: H – tayanın həcmi; А – tayanın aşırımı; Ç
uz
– tayanın oturacağı çevrəsinin
uzunluğu
Dostları ilə paylaş: