Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə234/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   230   231   232   233   234   235   236   237   ...   431
 
3.  Qüvvəli yemlər 
Yüksək qidalalığa malik bütün növ dən yemləri, qarışıq yem və  sənaye 
tullantıları qüvvəli yemlərə aiddir. 
Qarğıdalı ən yüksək məhsuldar dən bitkisidir. Qidalılıq dəyəri yüksəkdir (1,34 
y.v.), yaxşı həzm olunur. Yarma halında digər dən yemlərə qarışdırılaraq yedizdirilir. 
Arpa, buğda, darı, vələmir və s. dən yemlərinin qarışığı daha  əhəmiyyətlidir. 
Texniki istehsalat tullantılarından ekoloji heyvandarlıqda o yemlər istifadə edilir ki, 
onlar ekoloji təsərrüfatda istehsal edilsin və texniki istehsalatda kimyəvi və texniki 
işlənmələrdən keçməsin. Daha doğrusu, onun ekoloji saflığı qorunmuş olsun. 
Heyvan mənşəli yemlər 
Ənənəvi  heyvandarlıqdan fərqli olaraq ekoloji heyvandarlıqda heyvan mənşəli 
yemlərdən istifadə edilmir. Yalnız buzovlar süd dövründə ana südü ilə  bəslənilə 
bilər. Ət-sümük, balıq unu, qan və s.-dən yem kimi istifadə edilməsi ekoloji heyvan-
darlıqda yolverilməzdir. 
Qarışıq yemlər 
Qarışıq yemlər quru qarışıq, dənəvər və un halında olur. Ekoloji heyvandarlıqda 
o qarışıq yemlərdən istfadə edilir ki, onlar məqsədli hazırlanmış olsun və tərkibində 
naməlum qarışıqlar olmasın. Qüvvəli dənlər qarışığı ekoloji təsərrüfatın istehsal 
etdiyi məhsulları olmalıdır.  
 Mineral  maddələrdən kalsium, fosfor duzları, natrium xlorid və  bəzi hallarda 
dəmir və yod yemlərdə çatışmır. Mineral əlavələr kimi qarışıq yemlərə xörək duzu, 
təbii mineral duzlar, ağac külü və pəhriz məqsədi ilə ağac kömürü əlavə edilə bilər. 
Yay dövründə yaşıl kütlə vitaminlərə olan  ehtiyacı ödəyir. Qış dövründə isə 
cücərdilmiş yemlərdən istifadə edilməsi  məsləhət bilinir. 
Yemlərin yedizdirilmə üçün hazırlanması 
Dən yemləri yedizdirilmədən əvvəl xırdalamaq lazımdır. Bütöv dəni (məsələn, 
vələmiri) ancaq atlara vermək olar. Yağla zəngin olan dənləri (qarğıdalı, vələmir) 
xırdalandıqdan sonra 10 gündən artıq saxlamaq olmaz. Yağlı yemlər xırdalandıqda 
çox qalarsa, acıma gedir. Yedizdirilməzdən  əvvəl xırdalanmış yemləri islatmaq 
lazımdır.  Şirəli yemlərdən kök yumruları  və kökümeyvəlilər yuyulub doğranmaqla 
və bütöv halda yedizdirilir. 
Qaba yemlər (küləş, qarğıdalı  və s.) xırda doğranaraq yedizdirilir. Doğranmış 
kütləni qaynar buxardan keçirməklə üzərinə qüvvəli yem sərdikdə heyvanlar daha 
iştahla yeyirlər. 


 
208

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin