Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə231/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   227   228   229   230   231   232   233   234   ...   431
 
 


 
204
1.  Şirəli yemlər 
Senaj.  Senaj nəmliyi 50-55%-ə qədər endirilərək soluxdurulmuş yaşıl otlardan 
hazırlanır. Senajlaşdırılmış yemdə şəkəri yaxşı saxlamaqla turşu az toplanır. Şəkərin 
proteinə olan nisbəti optimal səviyyədə saxlanılır. 
Senajı çoxillik paxlalı otlardan yonca, qara yonca və xaşadan hazırlamaq 
məsləhətdir. Paxlalı otların çəmən otları ilə qarışığından da yaxşı keyfiyyətli senaj 
alınır. Paxlalı otlar  qönçələmə-çiçəkləmə dövründə biçilməlidir. Biçilmiş kütlənin 
nəmliyi 70-80% olduqda yığılmalıdır. Belə halda basdırılmış kütlənin nəmliyi        
50-55%-dən çox olmur. 
Senaj  əsasən xəndəklərdə basdırılır. Basdırılan kütlə 5-6 sm uzunluğunda 
doğranmalıdır. Xəndəyə doldurulan kütlə  tırtırlı traktorla möhkəm preslənməlidir. 
Gündə  ən azı  xəndəkdə 1-1,2 metr qalınlığında senaj basdırılmalıdır. Göstərilən 
qaydalara əməl etdikdə kütlənin hərarəti 35-37C
0
-dən yuxarı qalxmır. 
Yaxşı preslənmiş, kütlə polietilen örtüklə bağlanır. Örtüyun üstü 5-8 sm 
qalınlığında torpaqlanaraq 50 sm qalınlığında küləşlə örtülür. 
Senajın düzgün istifadəsinin böyuk əhəmiyyəti var. Nə  qədər ki, senajın üstü 
açılmayıb, yem hissəcikləri arasındakı boşluqlar karbon qazı ilə dolu olur. Xəndəyin 
üstü açıldıqda karbon qazı uçur və yerinə hava dolur. Hava isə senajın keyfiyyətinin 
aşağı düşməsinə səbəb olur. Ona görə də xəndəklərdən senajı çıxardarkən onu şaquli 
istiqamətdə kəsmək lazımdır. 
Senajın miqdarını  təyin etmək üçün xəndəyin həcmi 1m
3
 senajın çəkisinə 
vurulur. 10% itki nəzərə alınır. 1m
3
 senajın çəkisi 420-550 kq arasında dəyişə bilər.  
Silos. Yemlərin siloslaşdırılmasının  əsasını süd turşusunun qıcqırması  təşkil 
edir. Siloslanan yemin şəkərinin qıcqırması nəticəsində süd, sirkə və propion turşusu 
əmələ  qəlir. Yaxşı silosun tərkibində süd turşusu sirkə turşusuna nisbətən 2-3 dəfə 
çox olur. 
Yemlər siloslaşma dərəcəsinə görə 3 qrupa bölünür: 
•  Yaxşı siloslaşan bitkilər
 – 
qarğıdalı kütləsi  süd və süd-mum mərhələsində,  
taxıl, cuqara, günəbaxan, kələm yarpağı, çiçəkləmə dövründə xaşa, çuğundur 
yarpağı, yem kələmi və s. 
•  Çətin siloslaşan bitkilər – tərkibində çoxlu paxlalılar olan çəmən və otlaq otları, 
çiçəkləmə dövründə qamış və şəkər qamışı, adi yonca və s. 
•  Siloslaşdırılmayan bitkilər – qara yonca, soya, bostan bitkilərin yarpaqları və s. 
Siloşlaşdırılmış kütlərin keyfiyyəti onun doğranması, yaxşı tapdalanıb sıx 
basdırılması və hermetik örtülərək düzgün saxlanmasından asılıdır. 
Qarğıdalının siloslaşdırılması.  Qarğıdalı yaxşı siloslaşan bitkidir. Silosluq 
üçün qarğıdalı süd-mum və tam yetişmə dövründə biçilməlidir. Biçilmiş qarğıdalı 
kütləsi 3-4 sm ölçüdə doğranıb basdırılmalıdır.  
Qarğıdalının ümumi qidalılığı yüksək olsa da, proteinin miqdarı azdır (1 yem 
vahidinə 60-70 qr). Ona görə  də yaxşı olar ki, protein ilə  zənginləşdirmək üçün 
silos paxlalı bitkilərlə qarışdırılıb basdırılsın.  
Günəbaxanın siloslaşdırılması.
 
Silosluq üçün günəbaxan çiçəkləmə dövründə 
yığılmalıdır. Günəbaxan təmiz halda, yaxud paxlalılarla, qarğıdalı ilə qarışdırılaraq 
siloslaşdırılır. 


 
205
Silosun uçotu. Basdırılmış silos kütləsinin hesablanması, basdırılandan 3 həftə 
sonra aparılır. Xəndəyin dərinliyi, eni və uzunluğunu ölçməklə onun həcmi 
müəyənləşdirilir. 1m
3
 silosun çəkisini xəndəkdəki silosun həcminə vurmaqla 
ümumi çəki tapılır. 
            U
1
+U
2
    Е
1


Həcmi  = ----- --х ------- х D 
 
Burada: U
1
 – xəndəyin yuxarıdan uzunluğu; U
2
 – xəndəyin aşağıdan uzunluğu; Е
1

xəndəyin yuxarıdan eni; Е
2
 – xəndəyin aşağıdan eni;         D – xəndəyin 
dərinliyi + kütlənin yerin səthindən hündürlüyünün yarısı. 
Yaşıl yemlər 
Yaşıl yemin tərkibində 60%-dən 80%-ə  qədər su, 2.0 – 5.5% – zülal, 0.2 – 
2.0% –  yağ, 6.0 – 23%-ə qədər azotsuz ekstraktiv maddələr, 4.0 – 28%-ə qədər 
seliloza və 1.0 – 7.0% -ə qədər kül olur. 
Yaşıl yemlər yaxşı  həzmə gedir. Döllük və inkişafda olan cavan heyvanlara 
yaşıl yemlər daha yaxşı təsir göstərir. 
Respublikamızın otlaqlarında çoxillik yem bitkilərindən üçyarpaq yonca, 
xəşənbül, xaşa daha geniş yayılıb. Qırmızı yoncanın hər hektarından 20-30 ton 
yaşıl kütlə götürmək mümkündür. Yoncanın qönçələmə fazasında biçilməsi 
məsləhətdir. Əks halda o, tez qabalaşır.  
Respublika otlaqlarının ot örtüyü paxlalı bitkilərdən – dəvətikanı, yonca, 
mərcimək, kətan, çöl noxudu, xəşənbül və s. yabanı bitkilərdən ibarətdir ki, bu da 
ekoloji heyvandarlığın yem bazası üçün olduqca əlverişlidir. 
Kökümeyvəlilər 
Yaxşı  həzm olunması,  şirə ilə  zənginliyi, yüksək vitaminliyi ilə seçilərək 
heyvanların sağlamlığına və məhsuldarlığının artırılmasına müsbət təsir edir. 
 Kökümeyvəlilərdən şəkər çuğunduru, yem çuğunduru, sarıkök və s. müxtəlif 
növ heyvanların yemləndirilməsində gözəl yem növüdür.  
Kökümeyvəlilər quru, donmamış, torpaqdan təmizlənmiş  və  zədələnməmiş 
halda yığılaraq saxlanmalıdır. Onları müsbət 0,2-2C
0
-yə yaxın temperatur reji-
mində saxlamaq məsləhətdir. Kökümeyvəlilər saxlanan xəndək və ya tığ  əvvəlcə 
zəif torpaq qatı ilə örtülməlidir. Sonralar havaların sərt soyuması ilə  əlaqədar 
olaraq üzərinə bir  qədər torpaq əlavə etmək olar. 
Kökümeyvəlilər heyvanlara yedirdilməsindən əvvəl yuyulmalı və sonra bütöv 
və yaxud doğranmış halda verilməlidir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin