Odur ki, heyvanları azar-bezardan, ağrılardan, naxoşluqlardan qorumaq üçün
ilk növbədə, səbəb araşdırılmalı, sonra isə çıxarılan nəticəyə uyğun tədbirlər həyata
keçirilməlidir. Başqa təsərrüfat sahələrindən fərqli olaraq heyvandarlıqda üstünlük
qabaqlama tədbirlərinə verilir. Çünki artıq xəstəliyə tutulmuş heyvanı müalicə
etmək, gümrahlaşdırmaq əvəzinə, baş verəcək xəstəliyin qarşısını almaq daha
sərfəlidir. Bəzən qarayara, dabaq, pasterellyoz (xirtdik, xortlama) çiçək, emkar
(yanıqara), brodzot (şilbənd), enterotoksemiya (bozbənd), leptospiroz (sarılıq),
fassiolyoz, moniezioz, telyazioz, piroplazmoz kimi dəhşətli xəstəliklər kütləvi
qırğınla nəticələnir. Lakin əvvəlcədən yerli baytarlıq xidməti ilə əlaqə yaradılsa,
təhlükəni asanlıqla sovuşdurmaq mümkündür. Yadda saxlamaq lazımdır ki, baytar-
lıq tədbirləri (vaksinasiya, çimdirmə, çiləmə, dehelmintizasiya, dezinfeksiya,
dezinseksiya, deratizasiya) vaxtlı-vaxtında aparılarsa, külli miqdarda iqtisadi
ziyandan yayınmaq mümkündür. Dərman maddələrini seçərkən ən kəsərlisinə
güvənməyə dəyər. Adi hesablama aparmaq üçün ən azı bir heyvanın sağalmasına
çəkilən xərclər başlıca meyar götürülməlidir. Yeri gəlmişkən, müdrik insanlardan
birini xatırlayın - «Mən o qədər də varlı deyiləm ki, ucuz mal alım».
Hələlik nümunə üçün bəzi dərman bitkilərinin müalicəvi xassələri haqqında
cədvəl verilir. Apardığımız araşdırmalar göstərir ki, tibbdə geniş tətbiq sahəsi
tapdığı kimi, dərman bitkilərinə heyvandarlıqda da lazımi diqqət yetirilsə, fermer-
lər mümkün təhlükəni vaxtında aradan qaldıra bilər. Çünki dərman bitkilərinin
toplanması, tədarükü, saxlanması və istifadəsinə çəkilən xərclər cəmi bircə
heyvanın dəyərindən xeyli az olar.