200
döymək, axtalamaq, ac-susuz saxlamaq günah sayılır. Bundan başqa müalicə məq-
sədilə dərman bitkilərinin (boymadərən, solmazçiçək, dəmrovotu, qantəpər),
təbii
mineralların (xörək duzu, təbaşir, qırmızı gil, zəy və s.) və üzvi maddələrin (sirkə,
nişasta, spirt, şərab, qlükoza, ağac kömürü, odun külü, bitki yağları, keçi piyi, öd
və s.) geniş istifadə olunması tövsiyə edilir. Xalq əfsanələrində, dastanlarda, rəva-
yətlərdə, hədislərdə insan və heyvanların mehribançılığı, sədaqəti, vəfası haqqında
kifayət qədər nümunələr mövcuddur.
Əgər aparılan qabaqlayıcı (profilaktiki)
tədbirlərə baxmayaraq, xəstəlik baş
verirsə, ilk növbədə təbii vasitələrdən faydalanmaq, sonra isə mümkün olan digər
vasitələri sınaqdan keçirmək lazımdır. Müalicəyə başlayarkən yalnız nəzərə çarpan
qüsuru (ishal, qəbizlik, aramsız öskürək, əsməcəlik, halsızlıq) aradan qaldırmaqla
kifayətlənmək olmaz, gərək bütövlükdə orqanizmin müqavimət potensialı hərəkətə
gətirilsin.
Hazırda təbii üsullarla müalicədə homeopatiya, akupunktura (iynəsancma,
iynələmə), bitkilərlə müalicə və türkəçarə üsullardan
daha səmərəli istifadə olun-
malıdır. El arasında qara ciyəri, ağ ciyəri, böyrəyi, gözü xəstə olanlara müvafiq
orqanların yedizdirilməsi faydalı sayılır. Qədim əfsanələrdə məsləhətli üsullar sıra-
sında homeopatiya göstərilir. Bəzən elmi mənbələrdə homeopatiya anlayışı düzgün
izah olunmadığından anlaşılmazlıq ciddi mübahisə doğurur. Əslində isə homeopa-
tiya zəhərli (ziyanlı, zərərli) dərmanların işlədilməsindən irəli gələn əlamətlərə
(səpişmə, pörtmə, təngənəfəslik, huşsuzluq, qızğınlıq, süstlük) söykənir. Prinsipcə
həmin dərmanların aşağı dozalardan başlayaraq artırılması məsləhət görülür. Bu
baxımdan, GABA-nın əməkdaşları tərəfindən ilk dəfə olaraq hazırlanmış dərman
bitkilərinin heyvandarlıqda tətbiqinə dair metodik vəsaitlər
gələcəkdə daha geniş
tətbiq imkanları yaradır (Əlavə 4). Məsələn, arının sancmasından əmələ gələn göy-
nəmə, ağrı, qızartı, səpişmə əlamətləri elə arı zəhərinin sayəsində aradan qaldırılır.
Eyni ilə müxtəlif zəhərli cücülərin sancması zamanı baş verən hal və əlamətləri də
kənarlaşdırmaq mümkündür. Lakin qeyd etməyə dəyər ki, belə əməliyyatlar işdən
yaxşı baş çıxaran, onun incəliklərinə bələd olan, təcrübəli
peşəkarlara həvalə olun-
masa, gözlənilməz nəticələr verə bilər. Ölkənin bəzi bölgələrində dağlama (dağ-
basma, çilədağ) üsulu ilə ağır xəstəliklərə düçar olmuş heyvanları müalicə edirlər.
Qanalma (qanburaxma) soyuqlama, istivurma (günvurma) dəm qazı ilə zəhərlənmə
zamanı ən kəsərli ilkin yardım sayılır.
Heyvanların parazitlər tərəfindən törədilən xəstəliklərinə qarşı mübarizə fer-
merlərin ən ağrılı problemləri olmaqla, baytarlıq xidmətinin gündəlik fəaliyyət
çevrəsinə daxildir. Tədris vəsaitlərində parazitlərin törətdiyi xəstəliklər yoluxan və
yoluxmayan adı ilə bir-birindən fərqləndirilir. Bir qayda olaraq yoluxan xəstəlik-
lərin səbəbkarı (günahkarı) canlı varlıqlar sayılır. Canlılar (canlı orqanizmlər) isə
bitki və heyvan mənşəli ola bilər.
Bu baxımdan
bakteriyalar, göbələklər, viruslar – bitki, qurdlar, gənələr və
cücülər isə – heyvan mənşəli parazitlər qrupuna daxildir. Yoluxmayan xəstəliklərin
baş verməsində isə başlıca səbəb - cansız amillər: mexaniki, fiziki,
kimyəvi vasitə-
lərdir. Daha doğrusu, güclü zərbə, isti, soyuq, tozlu hava, xarab olmuş yem, həmçi-
nin müxtəlif kimyəvi maddələr (turşular, qələvilər, duzlar)
bəzi xəstəliklərə zəmin